Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Azərbaycanın mövqeyi Rusiyanı qızışdırmamalıdır

 

    “Ərazisinin 20 faizi erməni adı ilə əslində Rusiya tərəfindən işğal edilən Azərbaycan bu gün ehtiyatlı mövqe sərgiləməlidir”.
"Xeberinfo.com": Ukraynada başlayan rus-qərb qarşıdurması ikinci soyuq savaşın başlanması fikrini gündəmə gətirib. Nəzərə alsaq ki, birinci soyuq savaş dönəmində Azərbaycan SSRİ-nin tərkibində idi, hazırda isə müstəqil dövlət olaraq dünyaının ən strateji nöqtəsində yerləşir, o zaman ortaya təbii sual çıxır. Yeni soyuq savaş başladığı təqdirdə Azərbaycanın vəziyyəti necə olacaq? Azərbaycan qarşı gələn qütblərin arasında necə mövqe tutmalıdır? Ən əsası Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi Qərblə Rusiyanın yeni geosiyasi savaşında yenidən müharibə meydanına çevrilə bilərmi? Bu suallara  Müsavat Divaının üzvü, Azərbaycanının Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə fikir bildirib.
 
Hikmət Hacızadənin fikrincə Azərbaycan yeni geosiyasi savaşda elə indiki mövqeyini sərgiləməli, qarşı duran tərəflərə eyni məsafədə yaxın və eyni məsafədə də uzaq olmalıdır.
"Bir müddət əvvəl Azərbaycan XİN-in bəyanatı oldu ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu mövqe tamamilə yetərlidir. Azərbaycanın mövqeyi açıq və aydındır. Rəsmi Bakı heç bir ölkənin ərazi bütövlüyünün pozulmasını istəmir. Bundan o yana Azərbaycan nə mövqe sərgiləyə bilər?
Rusiyanın Ukrayna torpaqlarına müdaxiləsindən sonra beynəlxalq aləmdən sərt təpki gəlməkdədir və artıq dünya növbəti dəfə “soyuq müharibə” dönəmini yaşamaq ərəfəsindədir. Belə bir şəraitdə Azərbaycanın Qoşulmamaq Hərəkatının üzvü kimi müşahidəçi rolunda qalmasına münasibət birmənalı deyil və Qərb hesab edir ki, rəsmi Bakı da davamlı şəkildə təcavüzü pisləməli, Ukraynanın yanında olmalıdır. 
Ərazisinin 20 faizi erməni adı ilə əslində Rusiya tərəfindən işğal edilən Azərbaycan bu gün ehtiyatlı mövqe sərgiləməlidir. Atəşkəsin hər dəqiqə pozulması onu göstərir ki, istənilən zaman yeni müharibə başlaya bilər. Ona görə də Azərbaycanın mövqeyi Rusiyanı qızışdırmamalıdır.
Amma Rusiya Azərbaycana hücum etmək istəsə, bir çox bəhanədən istifadə edə bilər. Azərbaycan Türkiyə ilə yaxın münasibətlər haqqında ciddi düşünməlidir. Çünki regionda NATO ölkəsi kimi yalnız Türkiyə Azərbaycana kömək edə bilər”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam