Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"Məmur korpusu olduqca məsuliyyətsizdir"

 

Məşhur YAP-çının prokurorluqdan istefa verən oğlu özünə qarşı şübhələrdən danışdı

“Məni nə atamın, nə də özümün cəzalandırılması maraqlandırır”

“Azərbaycanın məmur korpusu son dərəcə məsuliyyətsizdir, baş verənlərin ciddiliyini dərk etmir”

Xeberinfo.com:   Prokurorluq orqanlarından siyasi bəyanatla istefa verən Rüfət Səfərov özünə qarşı şübhələrin olduğuna dair feysbuk səhifəsində qeyd paylaşıb. “Mənə zənglər gəlir. İnsanlar mənə şübhə ilə yanaşır. Bütün bacı və qardaşlarıma elan edirəm ki, əgər atam Eldar Sabiroğlu təkcə Ramiz Mehdiyevi qəbul etmirsə, mən bütövlükdə bu rejim-sistemi təqdir etmirəm!”.

R.Səfərovun bu qısa qeyddə nəyi nəzərdə tutduğunu onun özü ilə aydınlaşdırmaq istədik.

– Sizə şübhələrin olduğu haqda yazmısız. Bu şübhələr atanızla aranızda mövqe fərqliliyi üzərinə yönəlmir ki? Məsəln, belə mülahizələr istisna deyil ki, siz bu addımı atanız Eldar Sabiroğlu ilə razılaşdıraraq atmısız və sizin addımınızla atanızın Ramiz Mehdiyevi hədəf alan bəyanatları arasında bağlılıq var.

– Әvvəla, məni cənab Sabiroğlu ilə mənəvi, övlad-ata münasibətləri əlaqələndirir. Təəssüf ki, aramızda siyasi çat vardir. İstər inanın, istər inanmayın, bu, mənim sırf şəxsi qərarımdır. Məni xararkter etibarı ilə daha geniş məsələlər maraqlandırır. Ramiz Mehdiyev mövzusu məndən ötrü prioritet deyil, arxa plandadır. Tam səmimiyyətimlə deyirəm, məlum qərarımda cənab Sabiroğlunun zərrə qədər də payı olmayıb. Azyaşlı olsaydım, bəlkə də bu kimi iddialar inandırıcı qarşılana bilərdi. Axı kifayət qədər yetkinəm və müstəqil qərar vermək iqtidarındayam. Nə dərəcədə səmimi olub-olmadığımı əlahəzrət zamanın öhdəsinə buraxaq…

– Atanız son yazısında bir daha qeyd edir ki, sizin addımınız Mehdiyevin onu “vurması” üçün fürsət yaradıb. Ama Mehdiyevin ifşasına da iri məqalələr həsr edir. Bu, “bilə-bilə özünü oda atmaq” hansı məntiqdən və maraqdan doğur. Və atanızı cəzalandırmaq üçün nə əcəb sizə qarşı hansısa əməliyyat həyata keçirilmir. Axı bizim hökumət etirazçıları ailələri ilə cəzalandırmaq təcrübəsindən geniş istifadə edir…

– Bu suala konkret cavab verim. O üzdən ki, oxucuları da bezdirmək doğru deyil.

1. Həbsimdən qorxmuram, and olsun dünyalar qədər sevdiyim nənəmin canına!

2. Axı atam söyləmiş ki, bundan sonra mənim baxışlarıma qarışmayacaq.

3. Məni nə atamın, nə də özümün cəzalandırılması maraqlandırır.

4. Mənim marağım odur ki, bu millət ağ günə çıxsın.

– Sizin addımınız və açıqlamalarınıza görə sizə, atanızın anti-Mehdiyev çıxışlarına görə atanıza hakimiyyət daxilindən hansısa dəstək və ya simpatiya hiss etmirsiniz?

– Mən atamı doğum günü nədəni ilə təbrik etmişəm və həmin qutlamada onun həyatımda hansı məna kəsb etdiyini ifadə etmişəm. Təkrar edirəm, məni siyasi anlamda kiminsə kimisə dəstəkləməsi maraqlandırmır. Mənim ilgim budur ki, olduqca çətin vəziyyətdə olan xalqım xoş günə çıxsın. Və bu yolda bir ay öncə qanımı halal etmişəm. Bu qədər.

– Ümumiyyətlə, hakimiyyət dəhlizlərinə bələd şəxs kimi nə deyə bilərsiz: ölkədəki getdikcə çətinləşən vəziyyət orta və yuxarı məmur eşalonunda nə qədər narahatlıq doğurur? Cəmiyyət ölkənin gələcəyi ilə bağlı o kontingent içindən ciddi narahatlıq ifadələrini gözləyə bilərmi?

– Məmur korpusu olduqca məsuliyyətsizdir. Son dərəcə. Onlar məsələnin ciddiliyini ya dərk etmirlər, ya da dərk etmək istəmirlər. Bir aya yaxındır insanların sıx içindəyəm. Avtobusda, metroda, bir sözlə, ictimai nəqliyyatda insanlar artıq açıq mətnlə fikirlərini ifadə edirlər. Bu ölkənin azad vətəndaşı olaraq yeganə çağırışım var: Nə qədər gec deyil, bir doğru-dürüst nəticə çıxarın. Sonra gec olacaq! Çox gec!

azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam