Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Rüfətin siyasi fikirlərinə müdaxilə etmək niyyətim yoxdur"

 

Yeni Azərbaycan Partiyasının (YAP)  keçmiş funksionerlərindən biri, Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov prokurorluq orqanlarındakı vəzifəsindən istefa verəndən sonra ata-oğul arasında ardıcıl müraciətlər yayılır.

Xeberinfo.com:   Mətbuat vasitəsilə atanın oğula, oğulun ataya müraciət etməsi ictimaiyyətdə ata-oğul arasında soyuq münasibətlərin yaranması kimi qiymətləndirilib. Əksəriyyət belə düşünür ki, bu cür müraciətlərdənsə ata-oğulun bir araya gəlib məsələni həll etməsi daha məqsədəuyğundur.

Eldar Sabiroğlu özü ilə oğlu barədə yayılanlara münasibət bildirib: “Mətbuat vasitəsilə oğlumun mənə, mənim də oğluma müraciət ünvanlamağımız insanların haqlı marağına səbəb olub. Görünür, oğlumla aramızda olan məsələnin ya mahiyyətindən  xəbərsizdirlər, ya da hansısa çaşdırıcı faktlar bu cür düşünməyə vadar edir. Nə mən Rüfətlə mətbuat dililə danışıram, nə də o mənə həmin davranışı nümayiş etdirir.

Oğlumla mətbuat vasitəsilə danışmağı qarşıma məqsəd qoymamışam. Mətbuat vasitəsilə oğluma müraciət etməyimin səbəbi o idi ki, o zaman Zərdabda idi. Mən ora getməmişdim. Getməməyimin səbəbi də başqa idi. Fikirləşdim ki, Zərdab rayonuna səfər etsəm başqa fikirlər ortaya atarlar”.

Eldar Sabiroğlu sonuncu dəfə dünən oğlu ilə bir yerdə olduğunu vurğulayıb: “Dünən doğum günüm idi. Rüfət də məni mətbuat vasitəsilə təbrik edib. Dünən oğlum da daxil olmaqla qohum-əqrəba, ailəm bir yerdə idik. Çox maraqlı və gözəl gün keçirdik. Axı bizim ayrılmağımız  mümkün deyil. Bizi ayıran ancaq əqidədir. Sadəcə, oğlumun atdığı addımı yanlış hesab edirəm. Gərək, o yolla getməyəydi”.

Eldar Sabiroğlu oğlu Rüfətlə ailədə siyasi məsələlərdən danışmadığını da vurğulayıb: “Əvvəla, biz şərt kəsmişik, evdə bu söhbətləri etmirik. Doğum günümdə, ondan əvvəlki günlərdə bizim evdə bu məsələ ətrafında söhbətimiz olmayıb. Artıq yekun qərara gəlmişəm. Rüfətin siyasi fikirlərinə müdaxilə etmək niyyətim yoxdur. Mənim öz istiqamətim var. Bu istiqamət də Heydər Əliyev, İlham Əliyev yoludur. Bu məfkurədən, bu təfəkkürdən ayrılası deyiləm. Məni yanlış addım atmağa heç nə sövq edə bilməz. Nənəsinin müraciətindən sonra oğlum aclığı dayandırıb. Artıq ailəsinin yanındadır. Evin içində bir-birimizə bəyanat verəsi deyilik ki!”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam