Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Gürcüstanın yeni prezidenti nə vaxt və necə seçiləcək? -TƏFSİLAT

Gürcüstanın yeni prezidenti nə vaxt və necə seçiləcək?
Parlamentin sədri Şalva Papuaşvili bildirib ki, Gürcüstan prezidentinin seçilməsi üçün Seçkilər Kollegiyası seçkilərin vaxtı müəyyən edildikdən sonra - gələn həftə Mərkəzi Seçki Komissiyası tərəfindən formalaşacaq.
Yenixeber.org: Salome Zurabişvili Gürcüstanın birbaşa səsvermə yolu ilə seçilən sonuncu prezidenti olub. Növbəti prezident Seçicilər Kollegiyası tərəfindən seçiləcək.
"Mərkəzi Seçki Komissiyası prezidentin seçilməsi üçün tarix təyin etdikdən sonra 300 üzvdən ibarət seçki kollegiyası formalaşdırır", deyə Papuaşvili bildirib.
Konstitusiyaya görə, Gürcüstanda prezident seçkiləri oktyabr ayında keçirilir, lakin seçki tarixi parlament seçkiləri ayına təsadüf edərsə, prezident seçkiləri yeni seçilmiş parlamentin ilk iclasından sonra 45 gün ərzində keçirilir. Noyabrın 25-də 11-ci çağırış parlamentin ilk iclası keçiriləcək.
Papuaşvilinin sözlərinə görə, Seçicilər Kollegiyasına 150 parlament üzvü, Abxaziyanın Muxtar Respublikasının Ali Şurasının 20 üzvü, Acarıstan Muxtar Respublikasının Ali Şurasının 21 üzvü və coğrafi təmsilçilik prinsipi ilə yerli özünüidarəetmə seçkilərinin nəticələrinə uyğun olaraq müəyyən edilən nisbətə əsasən 109 yerli özünüidarəetmə nümayəndəsi daxildir. Mərkəzi Seçki Komissiyası (MSK) bu nisbəti də müəyyən edəcək.
                    Seçki qaydaları
Seçki hüququna malik, yaşı 40-dan yuxarı olan və ən azı 15 il Gürcüstanda yaşayan Gürcüstan vətəndaşı prezidenti seçilə bilər. Gürcüstanda prezident seçkiləri parlament binasında keçirilir.
Seçicilər Kollegiyasının ən azı 30 üzvü Gürcüstan prezidentliyinə namizəd irəli sürmək hüququna malikdir. Kollegiyanın bir üzvü yalnız bir namizədin irəli sürülməsini dəstəkləyə və yalnız bir namizədə səs verə bilər.
Seçicilər Kollegiyasının tam tərkibinin ən azı 2/3-nin səsini toplayan namizəd seçkilərin birinci turunda seçilmiş sayılır.
Gürcüstan prezidenti birinci turda seçilməsə, ikinci turda səsvermə birinci turda ən yaxşı nəticə göstərən iki namizəd arasında keçirilir. Ən çox səs toplayan namizəd ikinci turda seçilmiş sayılır.
Seçki şurasının tam tərkibinin yarıdan çoxu iştirak etdikdə seçkilərin birinci və ya ikinci turu baş tutmuş sayılır.
Əgər seçkilər baş tutmayıbsa və ya Seçicilər Kollegiyası Gürcüstan prezidentini seçə bilməyibsə, 30 gün ərzində Gürcüstan prezidentinin təkrar seçkiləri keçirilir.
Gürcüstan prezidentinin başqa vəzifə tutmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, hər hansı digər fəaliyyətinə görə əmək haqqı və ya digər daimi mükafat almaq hüququ yoxdur. Prezident siyasi partiyanın üzvü ola bilməz.(Qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam