Türkiyə Prezidenti: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir.
Yenixeber.org: Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ile birgə mətbuat konfransı zamanı bildirib.
"Biz inanırıq ki, bu iki ölkə sonda əsl sülh razılaşmasına nail olacaq", - Ərdoğan deyib.