Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Nərimanovda Azərbaycan “Gənc Rəhbərlərin İnkişaf Modeli” I Konfransı keçirilib -FOTOLAR

Nərimanovda Azərbaycan “Gənc Rəhbərlərin İnkişaf Modeli” I Konfransı keçirilib -

 

Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Azərbaycan “Gənc Rəhbərlərin İnkişaf Modeli” I Konfransı layihəsinin bağlanış mərasimi keçirilib.

Xeberinfo.com:   Bağlanış mərasimində  Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi, layihə rəhbəri Şəmsi Gülverdi, Tələbə-Gənclər təşkilatların sədr və müavinləri, Nərimanov rayonun fəal gəncləri iştirak etmişlər.

İlk öncə gəncləri salamlayan layihə rəhbəri Şəmsi Gülverdi layihənin məqsədi haqqında məlumat verdi. Qeyd etdi ki, layihənin məqsədi gənc (14-29) yaşlarında olan, eyni zamanda hər-hansı (müxtəlif sahələrdə) quruma rəhbərlik edən gəncləri bir araya toplamaq, onların şəbəkələşməsinə şərait yaratmaq, onlar arasında təcrübə mübadiləsi aparmaq, uzun illə rmüvafiq sahədə rəhbərlik edən şəxsləri layihəyə dəvət edərək gənc rəhbərlərə ustad dərsləri keçmək və “necə düzgün rəhbər olmalı?”  sualına müzakirələr nəticəsində birgə cavab tapmaqdır.
Layihə çərçivəsində “Rəhbər və lider”, “Rəhbərlik bacarıqları” adlıtəlim və seminarlar keçirilmiş, gənclər ekspertlərlə görüşmüş və diskussiya aparmışlar.

Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bildirmişdir ki, heç kəs əsirr deyil ki, gənclik birmillətin yaşaması, inkişafı üçün təməldaşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi,  gələcəyin etibarlı təminat ıintellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. 

N.Novruzov qeyd etmişdir ki, bugün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Gənclər Siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Sonda gənclər layihə ətrafında müzakirələr apardı, onları maraqlandıran saullar qonaqlar tərəfindən cavablandırıldı.

Nərimanovda Azərbaycan “Gənc Rəhbərlərin İnkişaf Modeli” I Konfransı keçirilib -
Nərimanovda Azərbaycan “Gənc Rəhbərlərin İnkişaf Modeli” I Konfransı keçirilib -
Nərimanovda Azərbaycan “Gənc Rəhbərlərin İnkişaf Modeli” I Konfransı keçirilib -
Nərimanovda Azərbaycan “Gənc Rəhbərlərin İnkişaf Modeli” I Konfransı keçirilib -
Nərimanovda Azərbaycan “Gənc Rəhbərlərin İnkişaf Modeli” I Konfransı keçirilib -
Nərimanovda Azərbaycan “Gənc Rəhbərlərin İnkişaf Modeli” I Konfransı keçirilib -
Nərimanovda Azərbaycan “Gənc Rəhbərlərin İnkişaf Modeli” I Konfransı keçirilib -
Nərimanovda Azərbaycan “Gənc Rəhbərlərin İnkişaf Modeli” I Konfransı keçirilib -
Nərimanovda Azərbaycan “Gənc Rəhbərlərin İnkişaf Modeli” I Konfransı keçirilib -


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam