Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İranla ABŞ arasında gərginlik pik həddə-3-cü dünya müharibəsi başlayır?  

Yanvarın 28-də ABŞ Mərkəzi Komandanlığı iranpərəst qrupların pilotsuz təyyarələrin hücumu nəticəsində 3 amerikalı əsgərin öldüyünü, 34-nün isə yaralandığını bildirib.

Yenixeber.org: Amerika günlərdir ki, bu hücuma tutarlı cavab verməyib. Bu baxımdan ekspertlər hesab edirlər ki, ABŞ-la İran arasındakı gərginlik süni yaradılıb və sadəcə olaraq, bir oyundur.

Ancaq hər iki tərəf dayanmır və rəsmi açıqlamalardan belə aydın olur ki, Amerika bu həftə ərzində İrana zərbə endirəcək.

Pentaqon rəhbəri Loyd Austin İranın dəstəklədiyi silahlı qruplaşmalara "doğru zamanda, lazımı yerdə" cavab verəcəyini vəd edib.

Eyni zamanda bir çox mənbələrdə bildirilir ki, İordaniyadakı ABŞ bazasına hücumdan sonra ABŞ-ın hərbi reaksiyası bu həftə sonu başlayacaq. Qeyd edilir ki, İran obyektləri və personalı daxil olmaqla hədəflər vurulacaq və kiberhücumlar da həyata keçiriləcək. Hücumlar günlərlə hətta həftələrlə davam edə bilər. Vurulacaq hədəflər hələ dəqiqləşməyib.

Rəsmilər əlavə edib ki, zərbələrin endirilməsi zamanı əsasən hava şəraiti nəzərə alınacaq. Qeyd edilir ki, ABŞ pis hava şəraitində də hücumlar həyata keçirə bilər, amma mülki əhali arasında itkilərin qarşısını almaq üçün daha yaxşı görmə qabiliyyətinin olduğu havaya ehtiyac var.

Xatırladaq ki, yanvarın 29-da ABŞ Dövlət katibi Antoni Blinken bölgədəki Amerika qoşunlarına və maraqlarına qarşı hücumlara reaksiyanın bir neçə mərhələli, çoxsəviyyəli və uzunmüddətli ola biləcəyini açıqlayıb.

Ancaq ekspertlər hesab edirlər ki, indiki zamanda İranla ABŞ arasında uzunmüddətli müharibənin başlaması real görünmür. Çünki bu, ABŞ-ın maraqlarına uyğun deyil. Əgər bu müharibə başlayarsa, ekspertlərə görə 3-cü dünya müharibəsinə qədər apara bilər. Ona görə də ekspertlər hesab edirlər ki, tərəflər bir müddət sonra geri çəkiləcək.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam