Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Tramp yenidən 3-cü dünya müharibəsinin qarşısını alacağına söz verdi

 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni müddətə seçiləcəyi təqdirdə 3-cü dünya müharibəsinin qarşısını alacağını bildirib.

Yenixeber.org xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışı zamanı söz verib.

Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll edə biləcəyini vurğulayıb. Eyni zamanda siyasətçi əlavə edib ki, əgər o, dövlət başçısı kimi qalsaydı, böhranın qarşısını almaq olardı.

Keçmiş ABŞ lideri deyib ki, əgər ABŞ prezidenti “zəif insan” olmasaydı, Qəzza zolağında münaqişənin də qarşısını almaq olardı.

Əvvəllər Tramp dəfələrlə yeni dünya münaqişəsinin qarşısını almaq qabiliyyətindən danışıb. Onun sözlərinə görə, o, əsas dünya liderlərini tanıyır, ona görə də onları nüvə partlayışlarına başlamamağa inandıra bilər.

Əslində isə Trampın “sülh düsturu” bəsitdir. O, Rusiyanın iddialarını təmin etməyi, Kremlin qabağından qaçmağı, Putinə təslim olmağı çıxış yolu sayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam