Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

MSK-dan məhkumların seçkidə iştirakı ilə bağlı açıqlama

 

İstintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində seçki məntəqələri seçki gününə adətən 5 gün qalmış yaradılacaq. 

"Xeberinfo.com":   Məlumata görə, bunu AzNews.az-a Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov deyib. Onun sözlərinə görə, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində seçki məntəqələrini həmin rayonların dairə seçki komissiyaları təşkil edir: “Biz hansı kateqoriyaya aid olmasından asılı olmayaraq bütün seçicilərimizin seçki hüququnun təmin olunması ilə bağlı həm məsuliyyətimizi dərk edirik, həm də lazımi tədbirlər görürük. Məhkumların da seçki günü səsverməsi üçün hər cür şərait yaradılır. Bizim təcrübəmizdə onların bu proseslərdən kənar qalmaqla bağlı heç bir narahatçılıq olmayıb. Bu il də eyni qaydaya uyğun olaraq hüquqi olan şəxslərin seçkilərdə iştirakı üçün lazımi qaydada tədbirlər görüləcək. Bütün proseslər qanunvericiliyə uyğun olaraq aparılır. Belə ki, səs vermə hüquqi olan, amma qanun icazə vermədiyi üçün kənara çıxmaq imkanları olmayan şəxslərin səs verməsi məqsədilə həmin yerlərdə seçkiyə 5 gün qalmış məntəqələr yaradılacaq. Məntəqələr eyni qaydalar üzrə fəaliyyət göstərəcək. Seçkinin nəticələri də digər məntəqələrdə olduğu kimi eyni qaydada rəsmiləşdiriləcək. Bununla bağlı heç bir problem olmayacaq”. 

Natiq Məmmədov qeyd edib ki, cəzaçəkmə müəssisənin rəhbərliyindən heç kim seçki proseslərində iştirak etmir: “Həmin yerlərdə məntəqələr dairə seçki komissiyaları tərəfindən yaradılır. Müəssisə rəhbərliyi yalnız müvafiq məntəqə yerlərini ayırır və təhlükəsizlik məsələlərini həll edir. Eyni zamanda rəhbərlik seçki hüquqi olan şəxslərin əhatə dairəsini müəyyən edib dairələrə təqdim edirlər. Həmin məntəqələrdə də səsvermə adi qaydada aparılır. Xüsusi bir hal olmur. Prosesləri izləmək üçün həmin məntəqələrdə müşahidəçilərin də iştirakı təmin edilir”. 

Qeyd edək ki, noyabrın 1-də Milli Məclisə seçkilər keçiriləcək. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam