Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
Günün xəbəri

Seçkiləri 46 ölkədən 426 müşahidəçi izləyəcək

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

"Xeberinfo.com":   Məlumata görə, iclasda noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə səsvermə prosesində seçki məntəqələrində “web-camera”lardan istifadə məsələsində baxılıb.


MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, müşahidəçilərin seçki prosesinə cəlb edilməsi prosesi olduqca önəmlidir. 2008-ci ildə Azərbaycanda ilk dəfə “web-kamera”lardan istifadə edildiyini deyən N. Məmmədov deyib ki, “web-kamera”lardan istifadə olduqca mühümdür və bu il də bu təcrübənin tətbiqi davam etdirilməlidir. O, qeyd edib ki, bu il 119 seçki dairəsinin 1000 seçki məntəqəsində kameralar quraşdırılması planlaşdırılır:

`Səsvermə kabinələri istisna olmaqla, bütün proseslər bu kameralar vasitəsilə izləniləcək. Seçki prosesi başlayandan sona kimi seçkiləri izləmək mümkün olacaq. Təklif olunur ki, qərarın icrası aidiyyatı qurumlara həvalə edilsin`.

Təklif səsverməyə qoyularaq qəbul edilib. 

Daha sonra çıxış edən MSK sədri Məzahir Pənahov deyib ki, bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərini izləmək üçün 426 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Həmin müşahidəçilər 46 ölkəni təmsil edirlər. 

M.Pənahov qeyd edib MSK-da 3 mindən artıq yerli müşahidəçi, dairə seçki komissiyalarında isə 55 min 242 müşahidəçi qeydə alınıb.

Sonra seçkilərdə “exit poll” keçirmək istəyən qurumların müraciətinə baxılıb. “Rəy” Monitorinq Mərkəzinin müraciəti müsbət qiymətləndirilib və qəbul edilib.

Sonda bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam