Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MSK treninqlərə başladı

 

Mərkəzi Seçki Komissiyası məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərə başlayıb.

"Xeberinfo.com":   MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən  verilən məlumata görə, treninqlər noyabrın 1-də keçiriləcək parlament seçkilərilə əlaqədar aşağı seçki komissiyalarının maarifləndirilməsinə hədəflənən genişmiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində təşkil olunub.

Proqrama əsasən, treninqlər kiçik qruplar şəklində - hər treninq sessiyasında 35-40 nəfərədək məntəqə seçki komissiyası üzvünün iştirakı ilə mövcud seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında keçirilir.

Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqlərdə məntəqə seçki komissiyalarının üzvləri səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması və protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə ətraflı məlumatlandırılır, praktiki məşğələlər zamanı müxtəlif mövzular ətrafında müzakirələr aparılır və iştirakçıları maraqlandıran suallar cavablandırılır. Treninqlər zamanı həmçinin hər bir aşağı seçki komissiyası üzvünə MSK-nın hazırladığı “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunur.

Aşağı seçki komissiyaları üzvlərinin peşə hazırlığının artırılması, seçkilər sahəsində onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyan treninqlərin seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir neçə həftə davam etməsi və ümumilikdə 32 mindən artıq məntəqə seçki komissiyası üzvünün iştirakı ilə gerçəkləşdirilməsi nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam