Gəncədə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
Gəncədə yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Yenixeber.org-un məlumatına görə, Gəncə İdman Sarayında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, idman ictimaiyyətinin nümayəndələri və Azərbaycan güləşinin tanınmış simaları iştirak ediblər.
Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı bu gün start götürüb. Yarış fevralın 7-dək davam edəcək.
Qeyd edək ki, fevralın 8-də qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi, həmçinin 9-13 fevralda eyni məkanda yunan-Roma və sərbəst güləş üzrə U-17 Azərbaycan çempionatı da baş tutacaq. Görüşlər hər gün 10:00-da start götürəcək.












AZ
RU