Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Volodimir Zelenski: Rusiya şərtləri pozur

 

Rusiya ABŞ-nin təklif etdiyi şərtləri pozur.

Yenixeber.org-un məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski fevralın 3-də Kiyevdə NATO Baş katibi Mark Rütte ilə birgə mətbuat konfransında bildirib.

Prezident qeyd edib ki, bir həftəlik enerji infrastrukturuna qarşı atəşkəsi cəmi bir gün sonra pozdu:

"Bunun artıq nəticələri olmalıdır. Hamı hava şəraitini görür. Bu qışın ən çətin günləridir. Məhz infrastruktura, ilk növbədə enerji infrastrukturuna zərbələr vurulur ki, insanları elektrik enerjisi imkanından məhrum etsinlər və məhv etsinlər".

V.Zelenski bəyan edib ki, bu, Rusiyanın baş verən hər şeyə real münasibətidir.

"Ukrayna bu məsələ ilə bağlı ABŞ ilə əlaqə saxlayır. Ümidvaram ki, tərəfdaşlar bu dəfə kənarda qalmayacaq və bundan sonra ölkənin və onun vətəndaşlarının müdafiəsi üçün vacib dəstəyi göstərəcəklər"-deyə, o, əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam