Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Putin müharibə əleyhdarı ilə niyə Kremldə gizli görüşdü? -ŞƏRH

Görəsən Rusiya Prezidenti Vladimir Putin müxalif siyasətçi, “Yabloko” partiyasının qurucusu Qriqori Yavlinski ilə Kremldə məxfi görüşə niyə ehtiyac duyub?

Yenixeber.org: Mövzu ilə bağlı açıqlamasında politoloq Elxan Şahinoğlu Yavlinskini liberal görüşlü siyasətçi olduğunu xatırladıb.

“O, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinin qəti əleyhdarıdır. Putinin əks fikirdə olan siyasətçi ilə müzakirəyə ehtiyac duymasının konkret səbəbi olmalıdır. Fikrimcə, Kreml sahibi müharibənin dayanıqlı hal almasının hər iki tərəfdən itkiləri daha da artıracağının fərqindədir. Ukrayna müharibəni davam etdirmək üçün daima Qərbdən maliyyə və hərbi texnika almalıdır. Ancaq Qərbdə də Rusiya-Ukrayna müharibəsindən yorğunluq əmələ gəlib. Belə vəziyyətdə Ukrayna və Rusiya masaya qayıtmaq barədə düşünməlidirlər. Ukraynanın Baş Qərargah rəisi Zalujnı da son məqaləsində müharibənin davam etdirilməsinin çətinliyinə işarə edib”, - politoloq vurğulayıb.

E.Şahinoğlunun fikrincə, Putin Yavlinski ilə görüşməklə daxili və xarici auditoriyaya mesaj verib ki, o, Ukrayna ilə danışıqlara başlamaq variantını nəzərdən keçirir:

“Putinin Yavlinski ilə görüşdə maraqlı olması həm də Kreml sahibinin Ukraynaya dəstəkdən yorulan Qərbə mesajdır ki, mən danışıqlara hazıram, siz də danışıqlar istəyirsinizsə, Kiyevi razı salmalısınız. Ancaq orası da var ki, Kiyevin danışıqlara razılaşması işğalı qeyri-müəyyən müddətə dondurması ilə nəticələnəcək. Putinə də elə bu lazımdır”.(Axar)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam