Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“İLİN YEKUNU – PUTİN VƏ BOŞLUQ…” –Yavlinski prezidenti “tərcümə edir”

“Rusiyalılar prezidentə etibar edirlər, ancaq onun ölkəni hara apardığını bilmirlər”

putin

Rusiya prezidenti Vladimir Putinin dekabrın 20-də keçirdiyi mətbuat konfransında ciddi səhvlərə yol verməsi və səsləndirdiyi rəqəmlərin yanlış olması beynəlxalq gündəmi zəbt edən mövzulardan biridir. Rusiya prezidentinin ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında göstərdiyi “perfromans” keçmiş KQB agentinin yaddaş, iti düşüncə və hazırcavablıq kimi məsələlərdə “axsamağa” başladığını üzə çıxarıb.

Çoxları həmin mətbuat konfransından belə nəticəyə gəliblər ki, illər öz sözünü deyir və 70 yaşına o qədər də çox qalmayan Putin öz şəxsi fiziki göstəriciləri kimi, Rusiyanın gələcək perspektivlərini də qeyri-müəyyənliyin içərisinə soxmaqdadır.

“AzPolitika” Rusiya mətbuatına istinadla xəbər verir ki, ölkənin aparıcı müxalif liderlərindən olan və intellektual səviyyəsinə görə hökumət nümayəndələrinin ksəriyyətini geridə qoyan Qriqori Yavlinski V.Putinin son mətbuat konftransında söylədiyi fikirləri ciddi tənqid atəşinə tutub. “Yabloko” Partiyasının lideri Putinin tezislərini çox lakonik formada yerlə-yeksan edib.

“Ermənistan və Türkiyə ilə münasibətlər yaxşıdır, amma…”

Putinin 19 ildir Rusiyanı idarə etdiyini xatırladan Yavlinski onun 4 saat davam edən son mətbuat konfransını az qala məsxərəyə qoyaraq, prezidentin milli strategiyanın əvəzinə ortaya boşluq buraxdığını bildirib. Müxalif siyasətçi prezidentin son çıxışını şərh edərkən, Putinin ölkə əhalisinə deməyə sözünün qalmadığına eyham vurub:

                  “19 ildir ölkəni idarə edən prezident 4 saata məlumat verdi ki:

1. Rusiyaya sıçrayış lazımdır, ancaq pensiya yaşının artırılması qaçılmazdır.
2. Bizdə Fransadakı kimi olmayacaq, benzin bahalaşmayacaq.
3. Donbassda olduğu kimi, bütün Ukraynada vəziyyət pisdir.
4. Ermənistan və Türkiyə ilə münasibətlər yaxşıdır, Britaniya ilə münasibətlər isə dalana dirənib.
5. İstanbulda və digər yerlərdə rusofobiya “çiçəklənir”.
6. Sağlamlığımda hər şey qaydasındadır, amma fəsillər dəyişində qrip olur…

Ölkə başçısının seçkidən təxminən bir il sonra dediyi elə bu oldu”.

Yavlinski bu tezisləri gülünc hesab edərək, prezidentin 18 mart seçkisindən bu yana yeni heç nə söyləmədiyini və ölkənin gələcəyi baxımından aydın bir fikir irəli sürə bilmədiyini vurğulayıb.

                             “Bu, artıq bir dəfə ölkənin məhvinə səbəb olub…”

yavlinski

Əvəzində, Q.Yavlinski Putinin siyasətinin Rusiya üçün yaratdığı problemləri və təcili cavab gözləyən sualları sadalayıb. Və bildirib ki, Putin heç bir məsələdə günahını boynuna almır. Müxalif lider ölkənin strateji təhlükəsizliyinin sual altında olduğunu ilk sıraya çıxarıb. O, ölkənin “Amerikaya çatmaq və onu ötmək” prinsipi üzərində qurulan müdafiə strategiyasının çökdüyünü önə çəkib.

Yavlinskinin qaldırdığı ikinci məsələ müharibə ehtimalı ilə bağlı olub. O qeyd edib ki, Ukrayna ilə Rusiya arasındakı münaqişə getdikcə qızışır: “Ancaq Krımı və Donbassı işğal edən prezident buna qarşı heç nə edə bilmir və hesab edir ki, Kiyev hakimiyyəti günahkardır”.

Problemlər sırasında 3-cü yerdə silahlanma uğrunda gedən savaşın durduğunu deyən Yavlinski, Putinə SSRİ-nin aqibətini xatırladıb: “Bu, artıq bir dəfə ölkənin məhvinə səbəb olub. Ancaq silahlanma yarışı elan edən prezident Putin artıq buna qarşı heç nə edə bilmir – amerikalılar günahkardır”.

4-cü yerdə iqtisadiyyatdakı durğunluq gəlir: “Həyat bahalaşır, rusiyalıların real gəlirləri isə azalır. Rusiya prezidenti yenə heç nə edə bilmir və bu dəfə bizə qarşı rəqabət aparanlar günahkardır…”

“Rusiyalılar ona etibar edirlər, ancaq onun ölkəni hara apardığını bilmirlər…”

Daha bir neçə vacib sualla çıxış edən “Yabloko” lideri Putinin yalnız suallardan yayındığını önə çəkərək, problemləri həll edə bilmədiyini vurğulayıb. Xüsusilə əhalinin dövlətə inamının sarsıldığını qeyd edən Yavlinski, Putinin son mətbuat konfransında rəqəmləri qarışdırdığını, yanlış statistik göstəricilər ortaya qoyduğunu deyib. O qeyd edib ki, ümumiyyətlə rəsmi statistika reallığı əks etdirmir: “Onun səsləndirdiyi rəqəmlər az öncə baş nazirin dediyi rəqəmlərdən fərqlidir. Əsas görünən odur ki, səsləndirilən rəqəmlər hansısa başqa həyata aiddir…”

Nəhayət, müstəqil qurumların keçirdiyi sorğuların nəticələrinə istinad edən Yavlinski bildirib ki, əhalinin 66 faizi Dumaya etimad göstərmir, insanların 67 faizinin isə baş nazir Dmitri Medvedevə münasibəti mənfidir: “Bununla yanaşı, rusiyalılar prezidentə etibar edirlər, ancaq onun ölkəni hara apardığını bilmirlər. Və əhalinin yarısı ölkənin düz istiqamətdə getdiyinə şübhə edir. Putinə səs verənlərin böyük əksəriyyəti uduzduqlarını hələ indi anlayırlar…”

“İlin yekunu – Putin və boşluq…”

“Putinin son mətbuat konfransından çıxan başlıca nəticə – milli inkişaf strategiyasının əvəzinə boşluq və gələcəyə baxışın yoxluğu. Putinin bu məsələni bağlamağa çalışdığı cavablarından da görünür ki, ölkə üçün həlledici olan həmin mövzu ilə bağlı prezident yenə də heç nə edə bilmir”.

Yavlinski Rusiya prezidentinin 4 saatlıq mətbuat konfransında səsləndirdiyi fikirlərdən gəldiyi nəticəni qısa olaraq, belə xarakterizə edib: “İlin yekunu – Putin və boşluq…”Putinin yaratdığı sistemi yararsız hesab edən müxalifət lideri bu gedişlə ölkəni yaxşı heç nə gözləmədiyini vurğulayıb: “Prezidentin mətbuat konfransının mahiyyəti dövlət idarəçiliyi funksiyasının itirildiyi, Putin dövlətinin institusional böhran yaşadığını və öz vəzifələrini yerinə yetirə bilmədiyini göstərdi. Və Putin buna qarşı da heç nə edə bilmir…”

Doğrudan da son mətbuat konfrasında buraxdığı səhvlər və suallara verdiyi bir qədər dağınıq cavablar Putinin özünün və hakimiyyətinin heç də yaxşı günlər yaşamadığı təsəvvürünü yaradır. Bunu çox yaxşı görən və hiss edən, eləcə də Qərbin demokratik institutlarının böyük rəğbət bəslədiyi Q.Yavlinski Putinlə bağlı fikirlərini belə tamamlayıb: “Bütün bunlar Rusiya siyasətinin, iqtisadiyyatının və diplomatiyasının dalana dirənməsinin göstəricisidir. Bu, 2018-ci ilin, daha doğrusu 19 illik Putin idarəçiliyinin yekunudur!”.(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam