Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

"Putin sizi devirəcək" -Saakaşvilinin Paşinyana məktubu

 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib.

Yenixeber.org xəbər verir ki, məktub eks-prezidentin "Facebook" səhifəsində dərc edilib. 

O, Rusiya və Putinlə ünsiyyət təcrübəsinə əsaslanaraq, Paşinyana bəzi məsləhətlər vermək istədiyini bildirib: "Siz hakimiyyətə xalq üsyanları nəticəsində, yəni Putinin terminologiyası ilə desək, rəngli inqilab nəticəsində gəldiniz və inanın ki, onu nə qədər sevindirsəniz, sədaqət andı içsəniz də, o, sizi heç vaxt bağışlamaz. Üstəlik, sizin son bəyanatlarınızdan, siyasi addımlarınızdan və xüsusən də Roma Əsasnaməsinin təsdiqindən sonra o, sizin əzəli düşməninizdir və əlində olan bütün imkanlarla: daxili iğtişaşlar, hərbi əməliyyatların təşviqi ilə sizi devirəcək. O, sizi iqtisadi cəhətdən boğacaq və hibrid müharibənin bütün arsenalını istifadə edəcək".

Saakaşvili qeyd edib ki, Paşinyanın hazırda vaxtı çox azdır: "Hakimiyyətə gələndən sonra siz fundamental islahatlar apara bilmədiniz və ya həyata keçirmədiniz, ona görə də indiki dövlət aparatınız həqiqətən də Kremlin beşinci kolonudur. 

Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni imkanlar verir. Müəyyən müddətdən sonra biz sərhədləri açıq üç Baltikyanı ölkə kimi yaşaya, üçünün hər birinin üstünlüklərindən istifadə edərək bütöv bir logistik, maliyyə, enerji qovşaqları sistemi yarada bilərik. Ancaq bunun üçün tələsməli və hər hansı bir tərəddüdünü bir kənara atmalısan. Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb edin, MDB, KTMT, Gömrük İttifaqını tərk edin və Avropa İttifaqı və NATO-ya ərizə verin.

Və nəhayət, siz Azərbaycanla açıq şəkildə bəyan edib dərhal sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində köklü dəyişikliklərə yol açmalısınız...

Hamımızın üzləşdiyi təhlükə çox realdır və dərhal hərəkətə keçməyi tələb edir. Ümid edirəm ki, bu dəfə tərəddüd etməyəcəksiniz".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam