Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ermənistan vətəndaş müharibəsi ərəfəsində

 

 

İşğalçı ölkənin baş naziri keçmiş prezidentin açıq təhdidləri ilə baş-başa qalıb; Kreml ona dirəniş göstərən erməni baş naziri yerində oturtmaq üçün “Robert kartı”na əl atıb; politoloq: “Köçəryanın arxasında həm Rusiya var, həm də Qarabağ klanı”

Ermənistanın baş naziri Nikol Paşinyanın “qara günləri” başlayıb. Xüsusilə də ölkənin güc strukturlarının başçılarının telefonlarının dinlənilməsi olayından sonra “kart”lar tam açılıb ki, bu da onun durumunu xeyli ağırlaşdırıb.

Yenixeber.org: Düzdür, N.Paşinyan hökumət başına gəldikdən sonra bir günü belə rahat keçməyib. Belə ki, hər gün ölkədə etiraz aksiyalarının keçirilməsi, xalqın sosial vəziyyətə etirazları, üstəlik, Rusiyadan təzyiqlər, Sərkisyan-Köçəryan tərəfdarlarının basqıları erməni baş naziri peşman duruma salıb. Amma sözügedən telefon danışıqları nəticəsində ölkədə həyata keçirilən son həbslərin arxasında məhz Paşinyanın dayandığı məlum olub ki, bu da vəziyyəti kritikləşdirib.

ÐаÑÑинки по запÑоÑÑ paÅinyan

Bir neçə həftə əvvəl hətta həbsi barədə danışmağa ehtiyatlanan, Paşinyan hökumətinin ünvanına sərt ifadələr işlətməkdən yayınan eks-prezident Robert Köçəryan artıq baş nazirlə hədə dilində danışır.

Ölkənin “Medimaks” agentliyinə müsahibəsində o, hətta Paşinyanın özünü 1 mart qırğınına görə ittiham edib. Köçəryan “həmin günlərdə Levon Ter-Petrosyanın və Nikol Paşinyanın radikal mövqeyi faciəyə yol açan əsas səbəb olub” deyib. Eks-prezidentin “hesab edirəm ki, Paşinyan mənə ilişdiyinə görə peşman olacaq” hədəsi isə Ermənistanda böyük qarşıdurmanın anonsu sayıla bilər. Özü də R.Köçəryan bundan sonra Rusiya prezidenti V.Putinlə şəxsi münasibətləri barədə danışıb. Keçmiş prezident Putinlə keçmiş münasibətlərini xatırladıb, indi də dostluq əlaqələrində olduğunu söyləyib və son 10 ildə onunla müntəzəm ünsiyyət qurduğunu bildirib. Bu da Paşinyana xəbərdarlıqdır. Xatırladaq ki, V.Putinin R.Köçəryana avqustda ad günü münasibətilə zəng etməsindən sonra keçmiş prezident aktivləşməyə başladı. Görünür o, Paşinyanı peşman edəcəyini deyərkən Putinlə dostluğuna istinad edib. Hər halda Paşinyanın Putinin dostuna ikinci cinayət işi açması və onun ölkədən kənara çıxışına qadağa qoyması cavabsız qalmayacaq.

R.Köçəryan həbs edilərkən belə iddialar var idi ki, onun həbsi ssenarisi əslində  Moskvada hazırlanıb. Ağlasığmaz iddianı irəli sürənlərin qənaətinə görə, eks-prezidentin reputasiyasının kifayət qədər zədələndiyini nəzərə alan texnoloqlar Köçəryanı həbsdən “qəhrəman” kimi çıxarıb sonra hakimiyyət başına gətirmək planını qurublar. Düzdür, R.Köçəryan həbsdə çox qalmadı. Amma çıxan kimi, parlament seçkilərində iştirak edəcəyini açıqladı. Ardınca Rusiyadan gələn dəstək mesajları diqqət çəkdi. Maraqlıdır ki, R.Köçəryan həbsdə olduğu günlərdə yox, məhz onunla bağlı qərarın dəyişməsindən sonra müdafiə mesajları verilməyə başladı. “Qarabağ klanı”nın liderlərindən olan bu Xocalı canisi indiki baş nazirin hansı səbəbdən onunla ayrı-ayrı qütblərdə durduğunu tam anlamadığını bildirib. Keçmiş prezidentin fikrincə, Paşinyan onun simasında özü üçün təhlükə görür. Deməli, R.Köçəryanın revanş məqsədi ortadadır və o, xilas yolunu hakimiyyəti ələ keçirməkdə görür. Ancaq maraqlıdır ki, hələlik xalq arasında görünməyə cürət etmir.

ÐаÑÑинки по запÑоÑÑ köçÉryan

Musavat.com xəbər verir ki, müxbir ilk öncə medianın onun siyasətə geri qayıtmasına olduqca neqativ münasibət göstərdiyini, həmçinin rəy sorğularının əleyhinə olduğunu diqqətə çatdırıb: “Siz İrəvan, Gümrü, Vanadzorun küçələrində sərbəst dolaşıb, insanların sizə olan münasibətini dəyişdirmək üçün onlarla söhbət edə bilərzinimi?” Köçəryan bu cür “eksperiment”i həyata keçirə bilməyəcəyini etiraf edib: “Hesab edirəm ki, ”kütlə içinə çıxmaq" fikri yerinə düşməz. İctimai rəyi yoxlamağın daha effetkitv üsulları var və mənim komandam indi bununla məşğul olur. Son illərdə mən ümumiyyətlə, tək gəzirəm və heç vaxt insanlarla ünsiyyətdə problem hiss etməmişəm". Köçəryan davamında bir sonrakı fəaliyyəti üçün elektoral bazasının kifayət qədər güclü olduğunu iddia edib. “Medimaks”ın əməkdaşı ondan Serj Sərkisyanı özünə varis seçdiyinə görə peşman olub-olmadığını soruşub. R.Köçəryanın bu suala cavabı maraqlı olub: “Tarix keçmişə qayıtmağı sevmir. Buna görə də olub-bitənə qiymət verməyəcəm”. R.Köçəryan həmin vaxt Serj Sərkisyanın varis olaraq seçilməsindəki əsas faktorun Ermənistanın milli təhlükəsizliyinin effektiv şəkildə qorunması olduğunu ifadə edib. Lakin bununla bərabər o, son 5 ildə Sərkisyanla sadəcə, 2 dəfə görüşdüyünü diqqətə çatdırıb. Bu da ondan xəbər verir ki, Köçəryan Sərkisyanı özünə şərik etmək istəmir. Hər halda R.Köçəryanın həbsindən sonra barəsində araşdırmalar başlanan S.Sərkisyanın hər hansı etiraz bildirməyərək Qarabağa, anasının yanına qaçması da R.Köçəryan üçün dərsdir. Görünən budur ki, Kreml də bu mərhələdə N.Paşinyanın qarşısını ala bilməyən və Rusiyanı hər addımda satmağa hazır olan Sərkisyanı yox, Köçəryanı seçib.

ÐаÑÑинки по запÑоÑÑ Qafar Ãaxmaqlı

Ermənişünas-alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın əlində Paşinyanı ram etmək, istədiklərini qəbul etdirmək üçün önəmli rıçaqlar var: “Onlardan biri heç şübhəsiz, Rusiyanın birbaşa siyasətini yürütmüş Köçəryandır. Paşinyan bunu bildiyindən onun üstünə gedir. Dirənişlə qarşılanması da təəccüblü deyil. Köçəryanın arxasında həm Rusiya var, həm də Qarabağ klanı. Paşinyan hələ ki, bu iki qüvvəni öz tərəfinə çəkə bilməyib. Ermənistan siyasi elitası da hələ tam olaraq Paşinyanın tərəfinə keçməyib. Paşinyan seçkilər vasitəsilə yeni qüvvələr əldə etmək istəyir. Hər kəsdə bir gözləmə mövqeyi hiss olunur”. Ekspert Paşinyan-Köçəryan davasında Qarabağ məsələsinin də dartışma mövzusu olduğuna diqqət çəkdi: “Ötən günlərin birində Ermənistan Respublikaçılar Partiyasından olan deputat Armen Aşotyanla Paşinyanın bir mükaliməsi olub. Paşinyan Qarabağ məsələsində Köçəryan - Sərkisyan hakimiyyətini ittiham edərək onların 7 rayonun qaytarılması barədə danışıqlar apardığını iddia edib. Aşotyan bunun üçün sübutlar istəyib. O da bunları ictimaiyyətə açıqlayacağını vəd edib. Amma ortada bir sübut olmadığından Paşinyanın üzərinə gedilir. Qarşı tərəf Qarabağın statusuna öncəlik verdiklərini deyirlər. Paşinyan tərəfdarları isə Köçəryan - Sərkisyan çütlüyünün mövqelərinin İlham Əliyevin mövqeyi ilə eyniliyindən dəm vururlar. Mübarizənin Qarabağ məsələsi fonunda gərgin xarakter alacağını düşünürəm. Gələcəkdə də Qarabağ danışıqlarının xarakteri, onun hansı şəkildə davam ettdirilməsi Paşinyanın taleyini həll edəcək”. Q.Çaxmaqlı əmindir ki, Köçəryanın mühakimə edilməsindən bir şey çıxmasa, Paşinyanın işi çətin olacaq: “Ermənistanda gedən bu daxili çəkişmələrə Rusiya hələ ki, aktiv müdaxilə etmir, onlara xəbərdarlıq xarakterli belə telefon dinləmələri və s. ilə reaksiya verir. Hər halda bu ölkədə durulma prosesinin getməməsi Qarabağ danışıqlarını bir qədər uzadacaq. Bu danışıqlar isə ümidverici heç nə vəd etmədiyindən bizim üçün bu proseslərin hansı şəkil alacağı çox da əhəmiyyətli deyil”.

Qeyd edək ki, Qarabağ məsələsi yenidən Ermənistan parlamentində mübahisəyə səbəb olub. Bu dəfə Ermənistanın Respublikaçılar Partiyasından olan deputat Armen Aşotyanla Baş nazir Nikol Paşinyan arasında gərginlik yaranıb. Aşotyan parlamentdə çıxışı zamanı Paşinyanın son mitinqdə etdiyi çıxışa diqqəti yönəldib: “Siz son mitinqinizdə "Onlar əraziləri verməyə gəliblər. Mən bunu sənədlər əsasında bilirəm. Ona görə ki, kimin nə dediyini görürəm" ifadələrini işlətmisiniz. Mən məktub yazaraq sizdən xahiş etdim ki, danışıqların hansı mərhələsində belə bir şeyin olmasını dəqiqləşdirəsiniz. Siz dediniz ki, danışıqların məxfiliyini pozmaq haqqına sahib deyilsiniz. Mən Serj Sərkisyana müraciət etdim və öyrəndim ki, onun dönəmində danışıqlarda hər zaman əsas məsələ Qarabağın statusu məsələsi olub". Bundan sonra Paşinyan Aşotyanın ittihamlarına cavab verib: “Danışıqlar masasında heç vaxt Qarabağın statusunu zəmanət altına alacaq və dəqiq göstərəcək variant olmayıb. Siz bunu bilirsiniz. Son illər isə Qarabağın statusu daha çox kənara atılmağa başlanılıb. Mən vərəsəliklə Qarabağın statusu haqqında heç bir şeyin olmadığı variantı əldə etmişəm. Bu variantda yalnız Azərbaycanın ərazilərini geri qaytarmaq yer alır. Bunu rəsmi şəkildə sizə deyirəm. Mən demirəm ki, bu sənəd imzalanıb. Deyirəm ki, bu danışıqlar masasındakı son variantdır. Demişəm və deyirəm ki, Qarabağın iştirakı olmadan məsələnin həlli mümkün deyil”. Axar.az xəbər verir ki, Aşotyan bundan sonra Paşinyana yenidən müraciət edərək, onun fikri ilə razılaşmadığını deyib. O, daha sonra Paşinyana ritorik sual verib: “Əgər Paşinyanın dedikləri həqiqətdirsə və həqiqətən Azərbaycan üçün belə sərfəli variant müzakirə edilibsə, o zaman aydın deyil ki, Bakı niyə bunu qəbul etməkdən imtina edib?” Maraqlıdır, əleyhdarları Paşinyanın Qarabağı Azərbaycana qaytarmaq üçün hakimiyyətə gəldiyini iddia edirdilər. İndi də Paşinyan deyir ki, S.Sərkisyan 7 rayonu işğaldan azad etmək istəyirmiş, o, gəlib və imkan verməyib.

ÐаÑÑинки по запÑоÑÑ paÅinyan ÉsgÉr

“Nikol Paşinyanın son müsahibəsi göstərir ki, o öz mövqeyində qalır və rəqiblərinə qarşı başlatdığı təzyiqləri azaltmaq niyyətində deyil”. Bunu isə 1in.am saytına açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib. (axar.az) Onun sözlərinə görə, hazırkı erməni baş nazirinin təzyiq həyata keçirməsi üçün əlində əsasları var. O, Paşinyanın Moskvada səsləndirdiyi əsas sözün “qarışmamaq” olduğunu və bunun birbaşa Kremlə göndərilən tələb olduğunu bildirib.

Trofimçukun fikrincə, Ermənistanla Rusiya arasında problemlər mövcuddur və yeniləri də ortaya çıxacaq. Onun sözlərinə görə, Paşinyanın hakimiyyətdən getməsinə Moskva elə də yüksək həssaslıq göstərməyəcək: “Əgər Robert Köçəryan yenidən ali dövlət vəzifəsinə gəlmək istəsə, bu, ölkədəki vəziyyəti qeyri-stabil edəcək. Burada vəziyyət Rusiyada Qorbaçovun özünü prezident kimi xalqa təqdim etməsinə bənzəyəcək. Ona görə də Moskva nə qədər istəsə Köçəryanı dəstəkləyə bilər, amma məsələ onda deyil. Məsələ erməni vətəndaşların dəstəklənməsindən gedir ki, onlar da keçmişə qayıtmaq istəmirlər. Moskva Köçəryana qarşı bəslədiyi isti münasibəti heç vaxt Paşinyana qarşı bəsləməyəcək”.

Aydın görünür ki, Kreml ona dirəniş göstərən erməni baş naziri yerində oturtmaq üçün “Robert kartı”na əl atıb. Bu kartdan Köçəryanı Ermənistan hökumətinin başına gətirilənədək istifadə oluna bilər. İstənilən halda, işğalçı ölkədə baş verənlər Azərbaycan üçün növbəti Qarabağ şansı yarada bilər...(müsavat)

Elşad PAŞASOY


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam