Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Tarixi ədalətsizliyə birdəfəlik son qoyuldu -Xankəndinin mərkəzində İlham Əliyevin heykəli ucaldılsın!

İlham Əliyev Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını  ucaldıb və çıxış edib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xankəndi şəhərində Azərbaycan bayrağı yüksəldilməklə ermənipərəst türk-azərbaycan düşmənlərinin 100 il davam edən tarixi ədalətsizliynə birdəfəlik və həmişəlik olaraq son nöqtə qoyulmuşdur!

Yenixeber.org: 2023-cü il oktyabr ayının 15-də Xankəndi şəhərində Azərbaycan bayrağı ucaldılmış və beləliklə də, Rusiya başda olmaqla ermənipərəst türk-azərbaycan  düşmənlərinin 100 il davam edən tarixi ədalətsizliyinə birdəfəlik və həmişəlik olaraq son nöqtə qoyulmuş və inanırıq ki, düşmənlərimizin hələ də ölkəmizə qarşı təxribat aləti olan “erməni məsələsi”ni gündəmdə saxlamağa çalışmalarına baxmayaraq   bu bədnam məsələ tarixin arxivinə atılmışdır! Bu tarixi qələbə münasibəti ilə Azərbaycan xalqını və onun memarı olan Prezident İlham Əliyevi təbrik edirəm!
Mübaliğəsiz demək olar ki, 44 günlük Vətən müharibəsində, eləcə də, 23 saat 43 dəqiqə davam edən antiterror tədbirində əldə edilən möhtəşəm qələbələr Prezident İlham Əliyevin 20 illik rəhbərliyi dövründə Azərbaycannın zəngin və qüdrətli  dövlətə çevrilməsi üçün güclü iqtisadi potensialın formalaşdırılması, qüdrətli Silahlı Qüvvələrin yaradılması, müasir cəmiyyət quruculuğu, formalaşmış iqtidar-xalq birliyi, bərqərar olmuş yeni siyasi konfiqurasiya, eləcə də,  beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin yaradılması mühüm və əsalı rol oynamışdır. Qanılmış möhtəşəm qələbələrdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əsgər və zabitlərimizin qəhramanlığını, bu yolda şəhid olan övladlarımızı xalqımız heç vaxt unutmayacaq! Allahdan şəhidləriməzə rəhmət, qazilərimizə can sağlığı diləyirik!
Bu gün Azərbaycan nəinki regionun aparıcı ölkəsinə çevrilmiş, həm də dünyada söz sahibi olan qüdrətli dövlət sitatusu qazanmışdır. Bu gün yaranmış yeni reallıqlar ondan ibarətdir ki, regionumuzda Azərbaycanın rəyi, mövqeyi nəzərə alınmadan hər hansı məsələnin həlli mümkün deyildir! Mənfur düşmən üzərində  əldə edilmiş qələbələrdə, Azərbaycanımızın dünya miqyasında mövqeyinin möhkəmlənməsində Prezident İlham Əliyevin şəxsi rolu danılmazdır. 
Hesab edirəm ki, Azərbaycan qarşısında misilsiz xidmətlərinə görə  Prezident İlham Əliyevə Azərbaycan Qəhamanı adı verilməli və Xankəndi şəhərinin mərkəzində onun möhtəşəm heykəli ucaldllmalıdır!
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

Teyyub Qənioğlu, Politoloq  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam