Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

ABŞ rəsmisindən ŞOK iddia:Azərbaycan yaxın həftələrdə...

Amerika Azərbaycana hərbi yardımı davam etdirmək fikrində deyil

Yenixeber.org: ABŞ dövlət katibi Antoni Blinken amerikalı senatorlarla söhbəti zamanı bildirib ki, yaxın həftələrdə Azərbaycanın Ermənistanın Sünik bölgəsini işğal etməsi ehtimalı çox yüksəkdir. Bu barədə "politico.com" saytı məlumat yayıb...

Antoni Blinken onu da vurğulayıb ki, Amerika Qarabağdan ermənilərin köçünə görə Azərbaycanı cəzalandırmaq istəyir və ABŞ Azərbaycana hərbi yardımı davam etdirmək fikrində deyil.
Söhbət Amerikanın Azərbaycana hər il etdiyi 100 milyon dollarlıq hərbi yardımdan gedir. Bu həm də o deməkdir ki, 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən 907-ci düzəliş-Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəliş-yenidən qüvvəyə minə bilər...
Xatırladım ki, 907-ci düzəliş AXC zamanında qəbul olunub. Düşünün ki, ermənilər o vaxt Azərbaycan ərazilərini işğal edirdi və Amerika Konqresi işğalçı erməniləri yox, işğala məruz qalan Azərbaycanı cəzaladırdı. Yəni Amerika demokratiyası bu qədər eybəcər bir şeydir...
"Politico.com" saytı İlham Əliyevin aşağıdakı fikrini də xatırladır: "Biz Zəngəzur dəhlizini Ermənistan istəsə də, istəməsə də açacağıq"...
Bu ayın sonunda Brüsseldə Ermənistan və Azərbaycan rəhbərliyinin görüşü gözlənilir. Bu görüşdə də Ermənistan Zəngəzur dəhlizi məsələsinə razılıq verməsə, Azərbaycan hərəkətə keçə bilər. Bu ehtimal o qədər realdır ki, ABŞ dövlət katibi belə bu barədə açıq mətnlə danışır...

Elbəyi Həsənli, Sürix

https://www.politico.com/news/2023/10/13/blinken-warned-lawmakers-azerbaijan-may-invade-armenia-in-coming-weeks-00121500


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam