Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Separatçılar didişirlər -başçı uğrunda

Separatçılar Xankəndidə bir-birinə “müharibə” ELAN ETDİLƏR

Qarabağdakı separatçılar arasında gərginlik artıb. Sentyabrın 9-da qondarma rejimə yeni başçı seçməyə hazırlaşan terrorçular hətta bir-birinə silah qaldırmağı belə gözə alıblar. Xuntanın “dövlət naziri” adlandırdığı Samvel Şahramanyanın “prezidentliyə” namizəd irəli sürülməsini dəstəkləyənlərlə yanaşı, etiraz edənlər də var. Etirazçılar Şahramanyanın Rusiyanın əlaltısı olduğunu deyirlər. 
Yenixeber.org: Məlumata görə, etirazçı qüvvələrdən birinə anti-Rusiya qanadının fəal nümayəndəsi Tiqran Petrosyanın rəhbərlik edir. Son günlər o, yenidən aktivləşib və Samvel Şahramanyanın başçı seçilməsinə qarşıdır. Hətta Tiqran Petrosyanın rəhbərlik etdiyi silahlı qüvvəni “seçki”lərə qarşı istifadə edə biləcəyi də vurğulanır.
Məlumata görə, Tiqran Petrosyanla yanaşı, “keçmiş müdafiə naziri” adlandırılan Samvel Babayan da Şahramanyanın separatçıların başına keçməsini istəmir.
Bu arada separatçıların “keçmiş ərazi idarəetmə naziri” Hayk Xanumyan da Facebook-da verdiyi açıqlama ilə Şahramanyana qarşı çıxdığını bəyan edib. O, Samvel Shahramanyanı separatçıların “ən uğursuz məmuru” adlandırıb.
“Hərbi xidmətdə bir gün belə olmayan bu adam general-mayordur, müxtəlif kabinetlərdə hərbi adlar qazanıb”, - Hayk Xanumyan deyib.
Qarabağdakı separatçı rejimin qondarma “parlamenti”ndə təmsil olunan 5 “fraksiya”dan 4-ü xuntanın “dövlət naziri” adlandırdığı Samvel Şahramanyanı “prezidentliyə” namizəd irəli sürüb. 

Qeyd edilir ki, separatçıların yeni başçısı bu şənbə, sentyabrın 9-da separatçı rejimin qondarma “parlamenti”ndə seçiləcək.
Xatırladaq ki, Xankəndidə məskunlaşan erməni separatçılarınmın keçmiş başçısı Arayik Arutyunyan sentyabrın 1-də “istefa” vermişdi.(“Hraparak”)


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam