Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Fransa Süleymaninin “sağ əlini” qarşılayır –"Bu idman formasında terrorizmdir

Qüds qüvvələrinin Qafqazdakı keçmiş komandanı və “Hüseyniyyun” təşkilatının yaradıcılarından biri olan Qafur Kargərinin avqustun 24-də İranın Olimpiya komitəsinin rəhbəri kimi Parisə səfər edəcəyi ilə bağlı mətbuatda xəbərlər dərc olundu. Bu şəxs Qasım Süleymaninin yaxın silahdaşlarından olub.

Yenixeber.org: Bu sözləri bizinlə söhbətində SEPAH-ın keçmiş komandiri Əli Rzayi antiazərbaycan mövqeyi ilə tanınan Kargərinin Fransaya səfəri ilə bağlı danışarkən deyib.

O bildirib ki, bir çox ölkənin terrorçu hesab etdiyi Qüds qüvvələrinin tanınmış şəxsinin Parisə səfəri anlaşılan deyil:

“Belə ləkəli keçmişi olan şəxsin Avropa səfərinə izn vermək olmaz. Fransa buna sərt bir şəkildə qarşı çıxmalıdır. Biz İranın Rusiya və Belarus kimi olimpiadada iştirakının ləğvini istəmirik. Lakin idman sektorunun terror tarixinə malik şəxslər tərəfindən idarə olunmasına göz yummasına dözə bilmərik. Bu, beynəlxalq ictimaiyyəti ələ salmaqdır və idman formasında terrorizmdir. Qarşısı mütləq şəkildə alınmalıdır”.

Ehtiyatda olan polkovnik Rzayi Kargərinin Azərbaycan əleyhinə fəaliyyətlərinə və gördüyü işlərə də toxunub:

“Son 15 ildə İranın siyasi, hərbi və təhlükəsizlik nümayəndələri arasında Qüds qüvvələrinin keçmiş komandirlərindən olan Qafur Kargəri ən antiazərbaycan siyasəti yürüdən şəxslərdən biri idi. O, Qasım Süleymaninin müavini və bu terror qruplaşmasının bir qolunun rəhbəri olub. Mənsur Haqitpurdan sonra ölkə daxilində və xaricdə Azərbaycan əleyhinə siyasəti öz üzərinə götürüb.

Şimali Azərbaycanın tələbələrindən və dini ekstremistlərindən ibarət “Hüseyniyyun” terror qruplaşmasının yaradılması, “Aran” radiosu, Aran Mədəniyyət İnstitutu, Qafqaz Mədəniyyət İnstitutu kimi onlarla antiazərbaycan mədəni-siyasi mərkəzlər yaratmaq və onlara rəhbərlik etmək, “Səhər” şəbəkəsinin Azərbaycan bölməsinin proqramlarına və onlarla dağıdıcı və mənfur “azəri” saytlarına, sosial şəbəkələrə rəhbərlik etmək kimi işlərdə imzası olub.

“Hüseyniyyun” terror qrupu Qafur Kargərinin zamanında qurulmuşdu. Ərdəbilin imam-cüməsi Seyid Həsən Amilinin Azərbaycan əleyhinə çıxışlarına şəxsən özü nəzarət edirdi. Hər çərşənbə günü Ərdəbilə gələrək, iclas keçirir, burada Azərbaycan əleyhinə ideoloji işlər görürdü”.

O, Güney Azərbaycanla bağlı mənfur işlərin arxasında da bu şəxsin dayandığını vurğulayıb:

“Güney Azərbaycan xalqının assimilyasiya edilməsi məqsədi ilə türk vilayətlərinin bütün siyasi, təhlükəsizlik və təbliğat qurumlarını “Fatmeyun” komissiyasına üzv etmək siyasətini həyata keçirib. “Traktor” komandasının inkişafını əngəlləmək üçün idarə heyətinə SEPAH-a bağlı şəxslərin təyin edilməsi ona həvalə olunub. Həmçinin, milli fəallara qarşı sərt davranmaq üçün yaradılan siyasi və təhlükəsizlik qurumlarına özü rəhbərlik edib”.(axar.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam