Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ermənilər Ağdam-Xankəndi yolunun açılmasına razılaşıb -Ermənistan KİV

Arayik təsdiqlədi: ermənilər Ağdam-Xankəndi yolunun açılmasına RAZILAŞIB

Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan dünən qondarma “təhlükəsizlik şurası”nın iclasında Ağdam-Xankəndi yolu ilə ticarətin aparılması barədə qərar qəbul edildiyini bildirib.
Yenixceber.org: Bu barədə Ermənistanın “Hraparak” nəşrinin məlumatında qeyd olunub.
Xatırladaq ki, iyul ayında Brüsseldə Avropa Şurasının sədri Şarl Mişel Azərbaycanın Ağdam-Xankəndi yolu vasitəsilə Qarabağa humanitar dəhliz verməsi təklifini alqışlamışdı. Bu məsələ  BMT Təhlükəsizlik Şurasının bir neçə gün öncə keçirilən iclasında da müzakirə edilib.
“Hraparak” yazır ki, Arayik Arutyunyan indi artıq məsələni müzakirəyə çıxarmır, onu reallıq kimi təqdim edir. Nəşr qeyd edir ki, bu qərarın müqavimətə səbəb olacağı proqnozlaşdırıldığı üçün Karen Matevosyanın başçılığı ilə milislərin “hərəkəti” əvvəlcədən təşkil edilib.
“Bu silahlı dəstə tezliklə Ağdam-Xankəndi yolunda qoyulan səddi sökməyə çalışacaq. Arayik Arutyunyan dünənki iclasda bildirib ki, həmin yolda ticarət “qismən” olacaq, tikinti materialları, dizel yanacağı, dərmanlar daşınacaq, ərzaq isə Rusiya sülhməramlıları vasitəsilə Laçın yolu ilə gətiriləcək. Lakin bu, Laçın yolunun tam işlək olacağı anlamına gəlmir. “Artsax sakinləri”nin oradan hərəkəti məhdudlaşdırılacaq”, - “Hraparak” qeyd edib.
Məlumatda o da bildirilir ki, A.Arutyunyan Azərbaycandan da alınacaq qaz və elektrik enerjisi ilə bağlı məsələnin növbəti mərhələdə müzakirə edilməsinin nəzərdə tutulduğunu qeyd edib:
“O, deyib ki, Azərbaycan güzəştə gedir və bunun müqabilində isə Ağdam-Əsgəran-Xankəndi-Şuşa yolunun istismara verilməsini tələb edir. Söhbət “Nənə və baba” heykəlinin altından keçən məşhur dolama yoldan gedir. Bu məsələləri təşkil etmək üçün yaxın vaxtlarda yenidən görüş keçiriləcəyi qərara alınıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam