Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Putinə qarşı qurulan gizli şəbəkə - Priqojinin arxasındakı güc kimlərdir?

“Vaqner”in qiyamının arxasında Rusiya Federal Təhlükəsizlik Xidməti dayana bilər. Bundan sonra Rusiya lideri Vladimir Putin qruplaşmanın dövlət büdcəsindən maliyyələşdiyini etiraf etməyə məcbur olub”.

Yenixeber.org: Bunu rus əsilli amerikalı tarixçi Yuri Felştinski deyib.

Onun sözlərinə görə, prezidentin xüsusi xidmət orqanlarından qiyama təkan verilib.

“Mənim fikrim odur ki, bu, Federal Təhlükəsizlik Xidmətinin sui-qəsdi idi. Yəni, FTX-nin keçmiş direktoru Nikolay Patruşev, FTX-nin hazırkı rəhbəri Aleksandr Bortnikov və FTX-dəki digər həmkarları. Bu, 1918-ci ildən mövcud olan bir qurumdur.

Bu, Putinin gücünü zəiflətmək məqsədi daşıyırdı. Başqa bir siyasət həyata keçirmək üçün. Nələrsə Putinin əlindən çıxdı, onsuz da öz duruşunu itirmişdi. Ona yemək verən, içki tökən Priqojin üçün darıxırdı. Bəllidir ki, bunu yalnız işə götürülmüş bir FTX agenti edə bilər. Priqojin çox güman ki, 1981-1990-cı illərdə həbsdə olarkən işə götürülüb. Çünki əks halda Putinə yaxınlaşa bilməzdi. Putin Priqojinin şəxsən ona yox, onun arxasında dayanan FTX-yə sadiq olduğunu gözdən qaçırdı”, - tarixçi bildirib.

Felştinski hesab edir ki, Putinin nöqteyi-nəzərindən Priqojinin FTX-yə yox, şəxsən ona sadiq qalacağına inanması sadəlövhlük olardı. Tarixçinin sözlərinə görə, Priqojinin Moskvaya hücum kampaniyası Putinin “Vaqner”i Rusiya Müdafiə Nazirliyinə tabe etmək cəhdi ilə başlamışdı.

“Bu səbəbdən açıq toqquşma baş verdi. Putin “vaqnerçilər”dən iyulun 1-dək Müdafiə Nazirliyi ilə müqavilə imzalamağı tələb etmişdi. Bu, Priqojinin, yəni FTX-nin “vaqnerçilər” üzərində nəzarəti itirməsi demək olardı”, - Felştinski vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam