Hicab qanunu İranda hökumət tərəfdarları arasına nifaq salıb
Rəsmi Tehranın məcburi hicabla bağlı irəli sürdüyü qanun layihəsi nəinki cəmiyyətin bir hissəsi tərəfindən birmənlı şəkildə rədd edilir, hətta hökumət tərəfdarlaının sıralarında da ikitirəlik yaradıb.
Yenixeber.org: “Əgər iffət və hicab qanun layihəsi olduğu kimi təsdiq edilərsə, onun hicabın qarşısının alınmasındakı rolu tikanlı məftillər çəkərək selin zərərinin qarşısını almağa çalışmaq kimidir!
Ona görə də cəsarətlə deyə bilərik ki, hicabın açılmasının qarşısını almaq, aldanmışları düşmən hiyləsindən xilas etməyin yeganə hikmətli və təsirli yolu iffət və hicabın qorunması kimi tanınan qanun layihəsini geri götürməkdir”, - Şəriətmədari deyib.
İranda bəzi dövlət rəsmilərinin və media resurslarının “İffət və hicab” qanununu tənqid etməsi ilk dəfə deyil. Maraqlıdır ki, onlar bu qanun layihəsinin məcburi hicabın tətbiqi üçün kifayət qədər sərt olmadığını düşünürlər.
Bu layihəni “örtükdən qorunma” qanunu adlandıran Məşhəd Cüməsinin imamı və prezident İbrahim Rəisinin qayınatası Əhməd Ələmülhədi parlamentdən məhkəmə və hökumətin təqdim etdiyi qanun layihəsini təsdiqləməməyi xahiş edib.
İslam Şurasının sədri Məhəmməd Baqir Qalibaf da, həmçinin, etirazçıları sakitləşdirmək üçün hicab qanun layihəsinin “problemlərini” aradan qaldıracağı vədini verib.
Daha əvvəl “iffət və hicab mədəniyyətini dəstəkləyən” qanun layihəsinin tələsik təsdiqlənməsinin İranda “ikiqütblülük” yaradacağını bildirən Məhəmməd Baqir Qalibaf, yeni sərgilədiyi mövqeyində parlamentin bu qanun layihəsini cəmiyyətin tələbatına cavab verən qanun hesab etmədiyini vurğulayıb. Onun dediyinə görə, bu səbəbdən də parlamentarilər qanun layihəsi üzərində “gecə-gündüz” işləyirlər.