Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Azərbaycanlı deputat Fransa XİN başçısına çağırış edib:"Gələcəyin varsa, görəcəyin də var”

 

“Fransanın xarici işlər naziri Ketrin Kolonnaya deyirəm ki, gələcəyin varsa, görəcəyin də var. Əgər o, Azərbaycana gələrsə, ölkəmizin Xarici İşlər Nazirliyində idarə müdirinin köməkçisi, uzağı sektor müdiri səviyyəsində qarşılananda başa düşər ki, kiminlə belə danışır”.

Yenixeber.org: Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O xatırladıb ki, Fransa XİN başçısı bugünlərdə öz tvitter hesabında vəzifəsinə və qadınlığına yaraşmayan cümlələr yazıb:

“Kolonna qeyd edib ki, Fransa ilk gündən Azərbaycanın Laçın yolunu "bağlamasını" pisləyir və bu, vəziyyəti gərginləşdirir və bu fikri çatdırmaq üçün aprelin sonunda Bakı və İrəvana səfər etmək niyyətindədir. Onun bu fikirlərini əndazəni aşmış hesab edirəm. Fransa onun bu fikirləri ilə özünü növbəti dəfə gülünc vəziyyətinə saldı”.

Deputatın sözlərinə görə, Ketrin Kolonna söylədiyi fikirləri ilə beynəlxalq hüququn norma və prinsiplərini pozur:

 


“O söylədiyi fikirlərlə bilinmir ki, xarici işlər naziridir, yoxsa tələbə. Fransa hökumətinin başçısı anlamalıdır ki, bura Fransanın hökm edəcəyi Korsika adası, əsarət altında saxladığı ölkələr deyil, bura Qafqazın lider ölkəsi Azərbaycandır. Onların qarşısında həmin Azərbaycandır ki, Fransanın cinayətlərini ən böyük tribunadan bütün dünyaya səsləndirdi və üzr istəməyə çağırdı. Bu gün də Azərbaycan Fransanın yürütdüyü ikiüzlü, riyakar siyasətə öz etirazını bildirir və onlara yerini göstərir”.

 

Deputat qeyd edib ki, heç bir şəxs və bu xanım Azərbaycan ilə ultimatum dilində danışa bilməz:

“Heç kimin buna cürəti çata bilməz. Əgər bu qadın Azərbaycana gələrsə, ölkəmizin Xarici İşlər Nazirliyində idarə rəisinin köməkçisi, uzağı sektor müdiri səviyyəsində qarşılananda başa düşər ki, kiminlə belə danışır. Hətta hesab edirəm ki, ümumiyyətlə onu qəbul etmək lazım deyil. Ona xatırladıram ki, sənin kimi bir çoxlarının bu kimi bəyanatlarını eşitmişik. Kolonnaya deyirəm ki, gələcəyin varsa, görəcəyin də var. Hesab edirəm ki, Fransa XİN başçısının mənasız, yersiz, həqiqətə uyğun olmayan bəyanatları bizim üçün əhəmiyyətsiz və boşboğazlıqdan başqa bir şey deyil”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam