Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“ŞOYQU MURADOVDAN BU ŞƏHƏRİ ALMAĞI TƏLƏB EDİR” –“Nəyin bahasına olur-olsun...”

Yenixeber.org:  Məlum olduğu kimi, Qarabağdakı Rusiya hərbi kontingentinin sabiq komandanı, hazırda isə Rusiya ordusunun şərq qruplaşmasına rəhbərlik edən general Rüstəm Muradov, ona tabe olan birləşmənin Ukraynanın Uqledar şəhəri ətrafındakı acı və biabırçı məğlubiyyətinə görə sərt ittihamlara məruz qalıb. Hazırda xüsusilə Rusiya Müdafiə Nazirliyi və Baş Qərargahı ilə konfliktdə olan hakimiyyətdaxili qruplaşmalar, eləcə də məsələn, İqor Qirkin(Strelkov) kimi ultramillətçilər və imperiyaçılar Muradovu durmadan yerdən-yerə vurur, hətta onun həbsini tələb edirlər.

Onun nazir Sergey Şoyquya yaxın şəxs kimi tanınması isə eyni ittihamların Müdafiə Nazirliyi və Baş Qərargaha yönəlməsinə əsas verir.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu(ISW) Ukrayna cəbhəsindəki durumla bağlı son hesabatında Uqledar ətrafındakı vəziyyətə və keçən ay bu istiqamətdə 155-ci briqadanı güdaza vermiş Rüstəm Muradova xüsusi diqqət ayırıb.

Hesabatda deyilir ki, Rusiya ordusu Uqledara yeni hücum hazırlamağa çalışır. Müdafiə naziri Sergey Şoyqunun bu günlərdə Donetskə baş tutan səfərində də məhz bu amil xüsusi rol oynayıb: “Müdafiə naziri Sergey Şoyqu Şərq hərbi dairəsinin komandanı general-polkovnİk Rüstəm Muradova nəyin bahasına olur-olsun Uqledarı götürməyi əmr edib ki, Müdafiə Nazirliyinə Uqledar ətrafında irəliləyişin olmadığına və böyük itkilərə yol verildiyinə görə yönələn ittihamları sakitləşdirsin. Bu yaxınlarda Şoyqu Donetskin qərbində Uqledara hücum imkanlarını müzakirə etmək üçün Muradova baş çəkib”.

Hesabatda xatırladılır ki, məhz Muradovun rəhbərliyi altında fevral ayında 155-ci və 40-cı briqadalar Uqledar ətrafında Ukrayna Ordusu tərəfindən darmadağın edilmiş, böyük itkilər vermişdi. Buna baxmayaraq, şəhəri işğal etmək yenidən Muradova həvalə olunub. Bunun üçün böyük zərbə almış 155-ci briqada həmin bölgədən çıxarılaraq, yerinə 136-cı briqada gətirilir.

Lakin ISW mütəxəssisləri hesab edirlər ki, yeni briqadanın gətirilməsi də Uqledar istiqamətində hansısa ciddi irəliləyiş təmin edə bilməyəcək: “Əgər Rusiya ordusu hücumu bərpa etmək qərarına gəlsə, bu istiqamətdəki digər birləşmələrin deqradasiyası, böyük hərbi texnika itkisi, eləcə də artilleriya ilə bağlı daimi problemlər böyük ehtimalla hər hansı ciddi irəliləyişə imkan verməyəcək”.

İnstitutun mütəxəssisləri xatırladıblar ki, artıq Uqledara hücum etməli olan 136-cı briqadanın hərbçiləri ordu rəhbərliyinə şikayətlənməyə başlayıblar. Belə ki, martın 8-də yayımlanan videomüraciətdə onlar hücum üçün lazımınca silah-sursat və texnika ilə təmin olunmadıqlarını deyərək, dəstək və təminat tələb ediblər.

Hesabatda qeyd olunur ki, onsuz da tükənmiş hərbi birləşmələri yenidən Uqledar kimi çətin istiqamətdə döyüşə atmaq ağılsızlıq olardı. Lakin bu, Şoyqunun öz maraqlarından irəli gələn tapşırıq və Muradovun şəxsi karyera məsələsi olduğu üçün sözügedən generalın yenidən qoşunu “ət maşını”na göndərəcəyi gözlənilir.

Qeyd edək ki, bundan öncə Böyük Britaniya Müdafiə Nazirliyinin yayımladığı kəşfiyyat hesabatında da eyni mövzuya yer verilmişdi.

Orada qeyd olunurdu ki, general Muradov Uqledar ətrafındakı biabırçı məğlubiyətə görə böyük təzyiq altındadır: ”Rusiya Silahlı Qüvvələrinin şərq qruplaşmasının komandanı general-polkovnik Rüstəm Muradov böyük təzyiq altındadır. Çünki əvvəlki uğursuzluqlara görə millətçi qanadın kəskin ittihamlarından sonra ondan daha yaxşı nəticələr gözləyirlər. Lakin Muradovun orada irəliləyiş əldə etymək üçün gücünün olması ehtimalı azdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam