Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

“Paşinyan Kremlə göstərmək istəyib ki" -Baş nazir yenə ikiüzlülük edir

Yenixeber.org: Bunu politoloq Elxan Şahinoğlu Ermənistanda baş verən hadisələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, ancaq Kreml və onun İrəvandakı əlaltısı olan Ermənistan müxalifəti fərqli düşünür: “Müxalif siyasətçilər açıq bildiriblər ki, Rusiyanın hərbi bazası qarşısında aksiyanı birbaşa Paşinyan təşkil etməsə də, Ermənistanın Baş naziri etiraza şərait yaradıb. Bunda həqiqət payı var.

Birincisi, Paşinyan istəsəydi etirazın qarşısını etirazçılar hərbi bazaya yürüşə başlayarkən ala bilərdi.

İkincisi, Paşinyan Rusiya hərbi kontingentinin Laçın yolunu açmamasından narazıdır. Paşinyan istəyinə nail olmadıqda Gümrüyə gedən erməni etirazçılar Rusiya hərbi bazasına gedən yolu bağlamağa cəhd ediblər. Sanki Paşinyan Moskvaya demək istəyib ki, “biz də sizin yolunuzu bağlaya bilərik”.

Üçüncüsü, Gümrü hərbi bazasının qarşısındakı şüarlarda Rusiya və Kreml sahibi Vladimir Putin əleyhinə aşağılayıcı şüarlar səsləndirib. “Rusiya Türkiyə və Azərbaycanın müttəfiqidir!”, “Ar olsun belə müttəfiqə!”, “KTMT-yə yox!” bağıran etirazçılar Paşinyanın düşündüyünü dilə gətiriblər”.

Ekspertin sözlərinə görə, bu etirazla Paşinyan Kremlə demək istəyib ki, Laçın yolunu açmasaz Ermənistanda Rusiya əleyhinə narazılıq artacaq.

“Rusiyadakı siyasi dairələr Nikol Paşinyanın ABŞ və Fransa ilə daha da yaxınlaşmaq üçün Rusiya əleyhinə bəhanə axtarmasından şübhəlidirlər. Növbə Kremlindir, Rusiyadakı dairələrin Nikol Paşinyanı cəzalandırmağın yeni üsulları barədə düşündüklərini ehtimal etmək olar. Kremlin Rusiya hərbi kontingentinin Qarabağdakı səlahiyyətlərini tədricən Azərbaycan ordusuna təhvil verməsi Paşinyana ən ağır zərbə olar”, - E.Şahinoğlu vurğulayıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam