Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

Çin kəşfiyyatı Britaniya hökumətini izləyir –QALMAQAL

Çin kəşfiyyatı Britaniya hökumətini izləyir –    Qalmaqal
Britaniya hökumətinin qarajındakı avtomobillərin birində izləmə qurğusu aşkarlanıb. Hermetik detalın daxilində yerləşdirilmiş qurğunun geolokasiya funksiyası olub.
Yenixeber.org: “Daily Express”in məlumatına görə, şübhəli avtomobil son vintinə qədər sökülüb. Bundan sonra bəzi narahatlıq doğuran məsələlər üzə çıxıb.
Diplomatik xidmətə aid maşınların birində isə xüsusi gizli sim-kartın tapıldığı bldirilir.
Britaniya hökuməti hesab edir ki, hadisənin arxasında Çinin xüsusi xidmətləri dayanırlar. Çünki qurğu Çin istehsalı olmaqdan əlavə, məlumatları da məhz Çinə ötürürmüş.
Qurğunu istehsal edən şirkət hələ ki heç bir açıqlama verməyib.
Təhlükəsizlik orqanlarının keçmiş əməkdaşlarından olan yerli ekspertlərdən biri “Daily Express”ə açıqlamasında deyib ki, Çinin istehsal etdiyi bir çox qurğularda izləmə funksiyası və “arxa qapılar” (backdoor) var: “Əgər Çin istəsə, bizim siyasətçilərimizi izləyə bilərmi? Bilər! Bəs Rusiya istəsə necə?! O da izləyə bilər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam