Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Ankara Kremlin son ümidinə çevrilir? -Ekspert RƏYİ

 

"Hazırda Rusiyanın ümidi Türkiyə və Çinin bank sisteminədir. Pandemiya və Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə dünya iqtisadiyyatında və ərzaq təhcizatında ciddi problemlər yaradıb. Bundan əlavə bir sıra ölkələrdə bank sistemləri ağır vəziyyətdir. Qərbin sərt sanksiyaları ilə üzləşən Rusiya tərəfdaş ölkələrdə, misal üçün Türkiyə və Çinin banklarında müxbir hesabları açmağa çalışır. Ancaq bu həm Türkiyə, həm də Çin üçün risklidir. Çünki Kremlə qarşı sərt sanksiyalar tətbiq edən Qərb ölkələri Rusiya bankları ilə əməkdaşlıq edən ölkələri də xəbərdar ediblər. Bu baxımdan Ankara qərar verməyə tələsməyəcək. Digər tərəfdən Çindəki banklar da Rusiya ilə əməkdaşlığa meyl etmədən ciddi problemlərlə üz-üzə qalıblar".

Yenixeber.org: Bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Çinin bəzi əyalətlərində bank müştərilərinin etirazları qeydə alınıb. Etirazçıların qarşısını almaq üçün tanklardan belə istifadə olunub:

"Çin rejimi etirazları yatırtmaq üçün sonuncu dəfə tanklardan 1989-cu ildə istifadə edib. Həmin il Pekin paytaxtın ən böyük Tyananmen meydanında tələbələrin siyasi islahatlar tələbinə qarşı ordunu və tankları küçələrə çıxarmış, nəticədə bugünə qədər sayı bəlli olmayan insan həlak olmuşdu. Çinin bir neçə iri bankı müştərilərinin depozitlərini qaytarmaq imkanında deyil. Dondurulmuş hesabların miqdarı 6 milyard dollardır. Əlbəttə, böyük valyuta imkanlarına malik olan hökumət banklara müştəriləriylə hesablaşmağa vəsait ayıra bilər. Ancaq bu halda hökumət başqa bankları da xilas etmək üçün eyni üsuldan istifadə etmək məcburiyyətində qalacaq ki, problemin miqyası artacaq".

Ekspertin fikrincə, mütəxəssislər yaranan problemi daşınmaz əmlak bazarındakı ağır durumla əlaqələndiriblər:

"Əmlak bazarında durğunluq tikinti şirkətlərinin borclarının artmasına səbəb olub. Şirkətlər banklara olan borclarını qaytara bilmirlər. İpoteka kreditləri də qaytarılmır. Çində artan iqtisadi problemlər insanların alıcılıq qabiliyyətinə də mənfi təsir edib. “Financial Times” dərgisinin yazdığına görə, çinlilər istifadə müddəti bitməkdə olan ərzaq məhsullarını kütləvi şəkildə alırlar. Çinlilər bu yolla maliyə vəsaitlərinə qənaət etməyi düşünürlər. Burada istifadə müddəti bitməkdə olan ərzaq məhsullarını satan ixtisaslaşmış dükanların sayı artıb. Misal üçün, il ərzində Çində 119 belə dükan açılıb. Halbuki, 10 il ərzində ölkədə cəmi 92 belə dükan vardı. Belə dükanlara kasıb ailələrlə yanaşı orta təbəqə də maraq göstərir. Çində aylıq 600 dollar maaşı olan şəxslər orta təbəqə nümayəndələri sayılırlar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam