Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Hakim Elxan Əmirəliyev vətəndaşı ölümlə, həbslə hədələyir(?)-PREZİDENTƏ MÜRACİƏT

  "Bildirirəm ki, Elxan Əmirəliyev təzyiq metodikasına son qoymasa Rusiya prezidenti cənab Vladimir Putinə müraciət edəcəm"

Yenixeber.org:  Redaksiyamıza Cəlilabad rayon sakini Tacəddin Əsədovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və digər yüksək instansiyalara ünvanladığı müraciəti daxil olub. Müəllif müraciətində Cəlilabad Rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyevin və katibi Şahin Sultanzadənin qanunazidd əməllərindən, qərəzli mövqeyindən və s.-dən bəhs edir. Biz Yenixeber.org olaraq bəlli qanun və prinsiplərə uyğun, yazıda adları hallanan tərəfləri də, dinləmək istədik. Hörmətli Elxan Əmirəliyev məsələdən xəbərdar olduğunu və suallarımıza Ədliyyə Nazirliyindən cavab almalı olduğumuzu bildirdi(?) Şahin Sultanzadə də, Elxan müəllimin mövqeyini bölüşdü...

Aktuallığını nəzərə alıb, müraciəti müyyən düzəlişlə dərc edirik:    

"Cəlilabad Rayon Məhkəməsinin hakimi Elxan Əmirəliyev məni ölümlə və tutdurmaqla hədələyir. Səbəb də budur ki, onun neqativ əməlləri haqqında şikayət ərizələri yazmışam.
Elxan Əmirəliyev hüquqi normativləri kobud şəkildə pozaraq qətnamə çıxarmışdı. Mən həmin qətnamə barədə dövlət orqanlarına uzun müddətdir ki, şikayət ərizələri yazmışam və son zaman mətbuat orqanlarına da bununla bağlı müraciət etmişəm. Lakin Elxan Əmirəliyevə bütün bunlar pis təsir etmişdir, belə ki,Ş mən onun qaz vurub qazan doldurmasına mane olmuşam.
Onun adamları mənimlə əlaqə saxlayıb dedilər ki, Elxandan şikayət ərizələri yazma. Mən də onlara bildirdim ki, axı mən Elxandan çox şey istəmirəm, bircə istəyim odur ki, məhkəmədə yazdığım izahatın "kopya"sını mənə versin. Deyin görək axı burda nə var? Hər bir vətəndaşın borcudur ki, məhkəmədə verdiyi izahatların və digər sənədlərin "kopya"sını əldə etsin.
Xatırladım ki, birgə işlətdiyimiz traktorun bərbad hala salınması ilə bağlı şərikimlə aramızda mübahisə olmuşdu və dəymiş ziyanın ödənilməsi üzrə məhkəmə prosesi keçirilmişdi. Elxan Əmirəliyev işə düzgün baxmamış, tərəflərdən birini açıq şəkildə aldadaraq, qərarı o biri tərəfin xeyrinə çıxarmışdı.
Elxan Əmirəliyevin əyan-əşrəfləri məni çağırdılar, dedilər ki, sənə nə lazımdır? İzahatın "kopya"sı lazımdırsa gedək məhkəməyə, Elxan Əmirəliyev sənə həmin "kopya"ları verəcək. Mən məhkəməyə gəldim və onun qəbuluna düşdüm. Lakin Elxan Əmirəliyev mənə "kopya" vermək əvəzinə üstümə cumdu və pis-pis söyüşlərlə təhqir etdi. O mənə küçük dedi, "sənin boğazını quş boğazı kimi üzəcəm". Mən də, təhqir olunmuş vəziyyətdə, "suyu süzülə-süzülə" məhkəmə binasından çıxdım və evə gəldim.
Dövlət orqanlarına yazdığım şikayət məktublardan sonra başıma oyunlar açdılar və həyatımı puç etdilər. Belə ki, Elxan Əmirəliyevin adamları məni və övladlarımı öldürməklə hədələyirlər. Elxan mənə Cəlilabad prokurorluğundakı adamları vasitəsilə cinayət işi açacağını və tutduracağını bildirir.
Deyin, dünyanın hansı ölkəsində adamı dövlət orqanlarına şikayət yazdığına görə tuturlar? Bunu ancaq bizdə Elxan kimi yığdıqları milyonların gözünü örtdüyü məmurlar edə bilir.
Baxın, mənim Elxan Əmirəliyevdən istədiyim nədir? Adi bir izahatın "kopya"sı, hansı ki, onu məhkəməyə öz əlimlə yazmışam. Burada təhlükəli və Elxan Əmirəliyevi coşqunluq həddinə çatdıra biləcək nə var? Lakin Elxan Əmirəliyev mənə həmin "kopya"nı vermək əvəzinə adamları vasitəsilə təzyiqlər edir, ölümlə və tutdurmaqla hədələyir.
Həmim izahatı məhkəmədə hakim Elxan Əmirəliyevin katibi Şahin Sultanzadə mənə yazdırıb almışdı. İndi görün katib Şahin Sultanzadə mənə nə deyir? Şahin Sultanzadə deyir ki, düzdür, izahat sənindir və qanunla da, "kopya"sı sənə verilməlidir, amma Elxan Əmirəliyev icazə vermir, o tapşırıb ki, izahatı Tacəddinə verməyin. Şahin deyir ki, ala bilirsənsə get, Elxan Əmirəliyevin özündən al! O desin, mən də verim!
Belə olurmu? Bu necə məhkəmədir, bu necə ədalətdir, bu necə insan hüquqlarını qorumaqdır?
Elxan Əmirəliyev nəyə görə belə edir? Ona görə ki həmin izahat mənə verilsə, onda Elxan Əmirəliyevin korrupsiya əməli üzə çıxacaq, aydınlaşacaq ki onun çıxardığı qətnamə düzgün çıxarılmayıb və bunun “səbəbi” var.
Mən dövlət orqanlarına yazdığım şikayətlərlə bağlı Elxan Əmirəliyevin mənə göndərdiyi cavab məktubunu yenidən dövlət orqanlarına göndərmişəm. Bir yerdə yazır ki, sənin verdiyin iddia tələbi baxılmamış saxlanmışdır, digər yerdə isə yazır ki, qarşı tərəfin iddiası təmin edilmişdir. "Pişiyin quyruğu da burda görsənir". Necə olur ki, ilk iddianı verən mən olduğum halda mənim iddiama baxılmır, amma qarşı tərəf ilə “görüşüb razılığa gələndən sonra” onun iddiası qəbul olunur?!
Hal-hazırda Cəlilabad Məhkəməsinin çıxardığı qətnamələrin çoxu bu cür təzadlarla doludur, çünki burda böyük bir korrupsiya mexanizmi fəaliyyət göstərir.


Hal-hazırda qorxumdan ailə-uşağımı götürüb kəndə aparmışam. Uşaqlarımı məktəbdən çıxarmışam, dərsə getmirlər. Nəyə görə? Çünki Elxanın mafiya üzvləri evimin divarlarına hədələyici şəkillər vurublar. Ona görə də, ailə-uşaqlarım qorxudan yaşadığımız evdən çıxıb kəndə getmişlər. Bizi xilas edin!
Evimin divarına vurulmuş hədələyici şəkilləri sizə də göndərirəm, bu barədə polisi məlumatlandırmışam, gəlib çəkiliş aparıblar.
Elxan Əmirəliyevin və ağasının rayonda böyük bir mafiya şəbəkəsi fəaliyyət göstərir. Mən bu barədə rayon ziyalıları ilə məsləhətləşmişəm. Üzə çıxıb ki, Elxan Əmirəliyevin ağaları respublikada fəaliyyət göstərən NATO-nun Prometey gizli qrupunun üzvləridir. Bunların məqsədi ölkədə prezidenti devirmək, Paşinyan, Zelenski kimi ABŞ agentlərini hakimiyyəti otuzdurmaqdır.
Bu şəbəkə Azərbaycan hakimiyyətində gizli şəkildə şaxələnib. Elxan Əmirəliyev də onların xırda hakim işçilərindən biridir və şəbəkə üçün pul yığmaqla məşğuldur. Onların pul yığımı mexanizminə mane olan şəxsləri isə özlərinin prokurorluqdakı adamları vasitəsilə likvidasiya edirlər, zərəsizləşdirirlər. Beləcə mafiya prezidentin korrupsiyanı yığışdırmaq tapşırığını iqnor edir, gizli şəkildə pul toplamaqda məşğul olur. Bu gün Cəlilabad Məhkəməsində baş verənlərin pərdəarxası bax budur.
Mən bunları nəyə görə yazdım? Bildirirəm ki, Elxan Əmirəliyev təzyiq metodikasına son qoymasa Rusiya Prezidenti, məzlumların son ümid yeri cənab Vladimir Putinə müraciət edəcəm və bu mafioz ünsürlər barəsəndə tədbir görülməsini istəyəcəm. Çünki Azərbaycanda nə qədər şikayət yazıram, heç kim mənim şikayətlərimə baxmır. NATO-nun Prometey gizli qrupundan hamı qorxur.
Bu mafiya həm prokurorluq işçiləri vasitəsilə adamları cəzalandırıb susdurur, həm də cinayətkar aləmin nümayəndələri vasitəsilə adamı mənim kimi nəinki evindən, hətta ölkəsindən didərgin salır.
Dediyim kimi, məqsəd böyük pullara maneəsiz sahiblənərək prezidenti devirməkdir. Bunun qarşısı alınmalıdır.

Hakim Elxan Əmirəliyevin katibi Şahin Sultanzadə də, çirkin üsullarla, camaatın evini yıxmaqla pul qazanır".

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam