Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Mehdiyevin gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib? -ŞOK FAKT

bitmap-img6

Prezident Adminstrasiyasının keçmiş rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi onun yaxın ətrafını da diqqət mərkəzinə gəlib.
Yenixeber.org: Bir neçə gündür ki, media Ramiz Mehdiyevin oğlunun, qızının, qardaşı oğlunun və digər yaxınlarının yüksək vəzifələrdə təmsil olunması ilə bağlı məlumatlar yayır.
Məlumata görə, Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva yalnız "Bank BTB"nin əsas payçısı olaraq biznes fəaliyyəti ilə məşğul deyil. O, həm də Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya klinikasında yüksək vəzifə tutur. Nigar Mehdiyeva klinikanın müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri vəzifəsində çalışır.
Nigar Mehdiyeva 1993-1999-cu illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki ATU) təhsil alıb. Məlumatlarda iddia edilir ki, o, bir həkim kimi karyera yüksəlişində ATU-nun keçmiş rektoru Əhliman Əmiraslanovun müstəsna rolu olub. Hətta onun dosent adı alması da keçmiş rektorun dəstəyi ilə baş tutub.
Nigar Mehdiyevanın ATU-nun klinikasında yüksək vəzifələrə təyinat illəri Əhliman Əmiraslanovun rektor olduğu illərlə üst-üstə düşür. Bundan başqa, Əhliman Əmiraslanovun oğlu Tapdıq Əmiraslanov Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevlə yaxın dostdur. Onların hər ikisi fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışır.
Əhliman Əmiraslanov hazırda deputatdır. O, Milli Məclisdə 67 saylı Sabirabad seçki dairəsini təmsil edir.
Yazıdakı iddialarla bağlı Əhliman Əmiraslanovun mövqeyini öyrənmək üçün deputata zəng etsək də, telefonu açmadı./Qaynarinfo/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam