Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

RUS ORDUSU BİR NEÇƏ İSTİQAMƏTDƏ HÜCUMA KEÇDİ - Kramatorsk istiqamətində ağır itkilər verdi +SİYAHI

“Rusiya Silahlı Qüvvələri Xarkov istiqamətində işğal olunmuş əraziləri nəzarətdə saxlamaq və qoşunlarımızın irəliləməsinin qarşısını almaq üçün səylərini davam etdirir”.

Yenixeber.org: Bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında bildirilib.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri Boqorodiçnı yaxınlığında da hava hücumu həyata keçirib: “Ukrayna hərbçiləri Krasnopillya istiqamətində düşmənin hücumunu uğurla dəf edib. Bir çox məntəqələrdə istilik elektrik stansiyaları yaxınlığına hava zərbələri endirilib. Maryinka istiqamətində qarşı tərəfin növbəti hücum cəhdi tamamilə uğursuz olub. Onlar əsgərlərimizin atəşi altında geri çəkilməli olublar. Qara və Azov dənizlərində düşmənin hərbi-dəniz qrupu əsas səylərini mühüm hərbi və mülki infrastruktur obyektlərinin qanadlı raketlərlə vurulmasına, Hərbi Dəniz Qüvvələrinin və Ukrayna Dövlət Sərhəd Xidmətinin qüvvələrinin və vasitələrinin hərəkətlərinin qarşısının alınmasına yönəldib. Dənizlərdə “Kalibr” qanadlı raket sistemləri hazır vəziyyətdə saxlanılıb”.

Amerika Müharibə Tədqiqat İnstitutunun hesabatlarında isə qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri Donetsk vilayətindəki Baxmut şəhərinin qərbinə raket və artilleriya zərbələrini gücləndirib.

“Ehtimal ki, bu, Baxmutu Ukraynanın cənub və qərbindən tərid etmək üçündür. Rusiya ordusu Donetskdən şimalda qurudan hücuma keçib. Amma bu, uğurlu olmayıb”, - məlumatda bildirilib.

"Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 37 500 hərbçisi məhv edilib”.

Bu barədə isə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1645 tank, 3828 zirehli maşın, 838 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 188 helikopter, 676 operativ-taktiki PUA, 155 qanadlı raket, 15 gəmi/qayıq, 2696 avtomobil və tanker, 66 xüsusi texnikadan ibarətdir.

Bildirilib ki, Rusiya ordusu daha çox Kramatorsk istiqamətində itkilər verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam