Redaktor seçimi
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Niyazi Bayramov Baş Prokurorluğa meydan oxuyur və yaxud öz əməllərinə kimi qurban edəcək -
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Günün xəbəri

Fransa NATO-dan çıxarsa...

Deputat: “Fransanın NATO-nu tərk etməsi bu təşkilatı ciddi zəiflətməyəcək”

Politoloq: “ABŞ-la Avropa arasında həmişə rəqabət olub və bu gün də davam edir”

Yenixeber.org: Fransa prezidentliyinə əsas namizədlərdən olan Jan-Lük Melenşon hakimiyyətə gələcəyi təqdirdə, ölkəsinin NATO-dan çıxması ilə bağlı müzakirələrə başlayacağını bəyan edib. “Le Monde” qəzetinə müsahibəsində prezidentliyə namizəd deyib ki, Fransa hərbi məsələlərdə müstəqilliyini bərpa etmək üçün NATO-dan çıxmalıdır: “Biz NATO-dan çıxmalıyıq. Mən, ilk növbədə, hərbi suverenliyimizi bərpa etmək istəyirəm. Nüvə silahlarının qarşısının alınması qüvvələrinə malik olan Fransa müstəqil olmalı və silah istehsalı məsələlərində ABŞ-dan asılı olmamalıdır”.

“Niyə biz Ukraynanın sərhədlərini qorumalıyıq? İstəyirəm ki, Fransa alyanslardan azad olsun və qloballaşmanın alternativ yollarını dəstəkləsin”, - deyən Melenşon seçkilərdə qalib gələcəyi halda bu istiqamətdə ciddi addımlar atacağını söylədiklərinə əlavə edib.

Qeyd edək ki, bundan öncə vahid Avropa ordusunun yaradılması ilə bağlı müzakirələr də gündəmə gəlmişdi. Əksər analitiklər hesab edir ki, Fransa və digər Avropa dövlətləri həm hərbi, həm də siyasi baxımdan ABŞ-dan asılıdır və məhz bu səbəbdən müstəqil qərar verə bilmirlər.

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə bildirib ki, Fransanın NATO-nu tərk etməsi bu təşkilatı ciddi zəiflətməyəcək: “Fransa NATO-da həlledici dövlət deyil. Şimali Atlantika Müqaviləsi Təşkilatının əsas qüvvəsi ABŞ-dır. Bundan sonra Şərqi Avropa dövlətləri, o cümlədən Türkiyə gəlir”.

“Fransa indiyə qədər bir neçə dəfə NATO-nu tərk edib. Lakin sonradan geri qayıdıb. Bu ölkənin NATO ilə münasibətləri heç zaman birmənalı olmayıb. Seçkiöncəsi Fransanın daxilində ciddi siyasi mübarizə gedir. Hətta bəzən namizədlər hüquq normalarını belə, aşırlar. Fransa prezidentliyinə namizəd Valeri Pekresin Qarabağa qanunsuz səfəri də bu qəbildəndir”, - deyə deputat söyləyib.

Mollazadənin sözlərinə görə, Melenşonun açıqlaması Fransa daxilində olan gərgin mübarizənin təzahürüdür: “Onlar maksimum səylə çalışırlar ki, Avropada xaotik vəziyyət yaratsınlar. Bu, onların əsas məqsədidir və təəssüf doğuracaq məqamdır. Məlumdur ki, bu gün dünyada olduqca təhlükəli geosiyasi vəziyyət hökm sürür. Belə bir vəziyyətdə baş verənlər Avropanı daha da zəiflədir və təhlükəsizliyini yeni sınaqlar qarşısında qoyur. Ümidvaram ki, seçkilər bitəndən sonra bu gərginlik aradan qalxacaq və Fransa öz mədəni həyatına qayıdacaq”.

Avropa təhsilli politoloq Turab Rzayev də deyib ki, ABŞ-la Avropa arasında həmişə rəqabət olub və bu gün də davam edir: “İkinci Dünya müharibəsindən sonra faktiki olaraq Avropa dövlətləri Amerikadan asılı vəziyyətə düşdü. Ötən əsrin ortalarından etibarən ABŞ-ın Almaniyaya göstərdiyi hərbi yardım, Fransa başda olmaqla bəzi Avropa ölkələrinin azad edilməsi, ABŞ dollarının qlobal maliyyə vahidinə çevrilməsi, Sovet İttifaqından gözlənilən təhlükəyə qarşı birgə mübarizə tədbirləri Avropanı vadar edirdi ki, onlar Amerikanın diqtəsi ilə oturub dursunlar”.

“Bu gün isə vəziyyət bir qədər fərqlidir. Artıq qeyd etdiyim problemlərin çoxu aradan qalxıb. Fransa imperiya keçmişi və tarixi ənənələri olan olan bir dövlətdir. Bu ölkənin bir neçə dəfə NATO-nu tərk etməsi də məhz bundan qaynaqlanır”, - deyə analitik vurğulayıb.

Politoloqun sözlərinə görə, tarixdə iki dəfə belə hadisə baş verib: “Fransa ABŞ-Rusiya qarşıdurmasında tərəf olmaq istəmir. Nəzərə alsaq ki, Fransa iqtisadi baxımdan Sovet İttifaqı ilə çox yaxın münasibətdə olan ölkələrdən biri olub, bu mənada onun mövqeyi təbiidir. Almaniya və Fransa - hansılar ki, bu gün Avropanın mərkəzi hesab olunurlar, onlar Ukrayna məsələsində ABŞ-ı dəstəkləmədilər. Çalışdılar ki, balansı gözləsinlər və bu da öz növbəsində ABŞ ilə Avropa arasında münasibətlərin yenidən soyumasına gətirib çıxardı. Bu gün Rusiya Avropanın əsas qaz idxalçısıdır, ABŞ isə Moskvaya qarşı sərt siyasət yürüdür və nəticədə Avropada qaz böhranı yarana bilər. Hesab edirəm ki, qarşıdakı dövrdə Fransanın bu siyasəti davam edəcək və ölkənin milli maraqları əsas götürülərək müstəqil siyasət yürüdüləcək”.

“Fransanın Avstraliya ilə imzaladığı və dəyəri 120 milyard dollara çatacaq sualtı qayıq silah anlaşmasından uzaqlaşdırılması da təsadüfi deyil. İsveçrə Fransanın “Rafale” döyüş təyyarəsinin alışını dayandırdı və yəqin ki, “F 35” silahlarını alacaq. Əlbəttə ki, bütün bunlar Fransanı qıcıqlandırır. Bu hadisədən sonra Fransa Prezidenti Emmanuel Makronun ABŞ və Britaniyanın Fransa ilə müttəfiqlik münasibətlərini sorğulaması təsadüfi sayıla bilməz. Orada hesab edirlər ki, Avropanın vahid ordusu həm də onun müstəqil siyasət yürütməsinə, ABŞ və Britaniyadan olan asılılığa son qoya bilər. Fransa və Almaniyanın bundan sonra ABŞ-la münasibətlərə ehtiyatla yanaşacağı gözlənilir”, - deyə Rzayev fikrini yekunlaşdırıb.(AYNA)

Azər Niftiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam