Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

NATO-dan etiraf-Liviyadakı əməliyyatlarla bağlı

 

NATO-dan Liviyadakı əməliyyatlarla bağlı etiraf
"2011-ci ildə Liviyada hərbi əməliyyatlara təşəbbüs göstərən NATO deyildi. Bu əməliyyatlar sonradan kömək üçün NATO-ya müraciət edən Avropa ölkələri tərəfindən düşünülmüşdü"
 Yenixeber.org: Bunu NATO baş katibi Yens Stoltenberq Berlində konfransda çıxışı zamanı deyib. Onu sözlərinə görə, Liviyaya hərbi müdaxilə əvvəldən NATO-nun əməliyyatları olmayıb. Hər şey bir neçə Avropa ölkəsinin təşəbbüsü ilə başlamışdı və onların sırasında Fransa ilə Böyük Britaniya daha böyük fəallıq göstərib. Baş katibin sözlərindən belə anlaşılıb ki, Liviyadakı əməliyyatlara görə məsuliyyəti NATO-nun üzərinə yıxmaq düzgün deyil.

“Hərdən Avropadakı müttəfiqlər ABŞ-ın iştirakı olmadan nəyisə müstəqil şəkildə etməlidirlər. Liviyadakı əməliyyatları yaxşı xatırlayıram. O zaman mən Norveçin baş naziri idim və əmliyyatlara qoşulmaq barədə qərar verdim. Amma sonra biz anladıq ki, NATO-nun və ABŞ-ın köməyinə, onların hərbi imkanlarına və komanda strukturlarına ehtiyac duyuruq” – Stoltenberq bəyan edib.

NATO-nun baş katibi Liviyadakı əməliyyatlara bir növ haqq qazandıraraq onu da vurğulayıb ki, çox zaman “strateji muxtariyyət”dən danışılarkən söhbətin nədən getdiyi tam aydın olmur - sanki təkbaşına (köməksiz) strateji tədbir keçirilməlidir kimi başa düşülür: “Lakin bunun məntiqli olduğunu düşünmürəm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam