Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə Fransanın yalanını ifşa edib! - Bütün sübutlar NATO-ya təqdim olunub

 

 Türkiyənin müdafiə naziri Hülusi Akar iyunun 25-də bəyan edib ki, Ankara videomateriaaların və radiolokasiya çəkilişlərinin köməyi ilə sübut edib ki, onun gəmiləri Aralıq dənizində Fransa rəsmilərinin iddia etdiy kimi, hər-hansı qeyri-qanuni fəaliyyətlə məşğul olmayıb.

Yenixeber.org: Bu barədə cümə günü «Hurriyet Daily News» nəşri xəbər verib.

Kayseri əyalətində keçirilən mərasimdə hərbi idarənin başçısı qeyd edib ki, Türkiyə «bütün sübutları NATO-nun hərbi və siyasi rəhbərliyi ilə bölüşüb».

Xəbər verildiyi kimi, iyunun 17-də Fransa Müdafiə Nazirliyi bəyan edib ki, Aralıq dənizində onun NATO missiyasını həyata keçirən gəmisi Türkiyə tərəfdən «aqressiv davranışa» məruz qalıb. Ankara bu ittihamı rədd edib.

Bunun ardınca Paris Şimali Atlantika blokunu «straus siyasətinə» son qoymağa və «Türkiyə problemi»ni həll etməyə çağırıb.

İyunun 18-də NATO-nun Baş katbi Yens Stoltenberq dəniz insidentinin araşdırılmasına başlandığını elan edib.

«Biz, təsdiqləyə bilmərik ki, NATO-nun Türkiyə prolemi yoxdur. Problem var - bu barədə danışmaq və onu həll etmək lazımdır» - deyə, «Röyter» agentliyi Fransa Müdafiə Nazirliyindəki mənbədən sitat gətirib.

Xatırladaq ki, Liviya münaqişəsində Türkiyə Faiz Səracın başçılıq etdiyi Milli Razılıq Hökumətini (MRH) dəstəkləyir. BMT tərəfindən tanınmış bu hökumət qiyamçı Xəlifə Həftarın komandnlıq etdiyi qeyri-qanuni silahlı qruplaşma ilə mübarizə aparır.

Fransa Liviya münaqişəsində neytrallığını bəyan etsə də, gizlində qiyamçılara kömək edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam