Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Azərbaycan və Ermənistan arasında tezliklə komissiya yaradıla bilər –Rusiya XİN


Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya tezliklə yaradıla bilər.
Yenixeber.org: Bunu “RİA Novosti”yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

O xatırladıb ki, noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri Rusiyanın məsləhətçi köməyi ilə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər.
“Bunun tezliklə baş verəcəyini güman edirik. Biz bu sazişin ən yüksək səviyyədə həyata keçirilməsi üçün keçilməz maneə görmürük”.
Rudenko qeyd edib ki, may ayında Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində vəziyyət gərginləşən ilk vaxtdan Rusiya vasitəçi kimi çıxış edərək, müvafiq danışıqlar prosesinin başlanmasına öz yardımını təklif edib.
Nazir müavininin sözlərinə görə, insidentlər birbaşa Rusiya sülhməramlılarının məsuliyyət zonası ilə bağlı deyil. Problem sovet dövründən miras qalıb və iki ölkə arasında dövlət sərhədinin lazımi beynəlxalq hüquqi qeydiyyatının olmaması ilə bağlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam