Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“Status” tabutuna vurulan sonuncu mismar -İrəvana və həmsədrlərə “ev tapşırıqları”

 

Bakı “Yol xəritəsi”ni cilaladı; proseslər gələn il də müstəsna olaraq Azərbaycanın gündəliyi, iradəsi və diktəsi əsasında gedəcək, çünki...

Yenixeber.org: Azərbaycan Prezidenti İlham Əliyevin İspaniya və İtaliyanın nüfuzlu nəşrlərinə təzə il ərəfəsi verdiyi müsahibələr Ermənistan mövzusunda yerdə qalan  “i”lərin hamısının üzərinə nöqtələr qoydu. Bakının 2022-ci ilin “Yol xəritəsi”nin əsas konturlarını bəlli elədi. Bir daha ölkəmizin prinsipial mövqeyinin altını cızdı və ən başlıcası, Prezidentin təbirincə desək, İrəvan üçün qarşıdakı il(lər)də “ev tapşırıqları”nı müəyyənləşdirdi.

Əslinə qalsa, Azərbaycanın əsas problemi artıq Ermənistanla deyil. Onun gizli-açıq havadarları ilədir. Neçə vaxtdır status məsələsini israrla gündəmə qaytarmağa, erməni radikal-revanşistlərə ümid verməyə çalışan Qərbdəki bəzi mərkəzlər, bir az da qonşu Rusiyadır. Onları susdura bilsək, İrəvana böyük sülh müqaviləsini imzalatmaq çətin olmayacaq. Başqa sözlə, siyasi diplomatik işimizin böyük hissəsi, antitəbliğatımız və təbliğatımız baş nazir Nikol Paşinyanın iplərini əlində saxlayan xarici qüvvələrə qarşı yönəlməlidir.

*****

Məsələn, ATƏT-in üzdəniraq Minsk Qrupunun bundan əvvəlki amerikalı həmsədri Ceyms Uorlik yatıb-yatıb ayılandan sonra, bugünlərdə “Amerikanın səsi”nə verdiyi müsahibədə deyib ki, “Dağlıq Qarabağın statusu ən mühüm məsələ olaraq qalır və bu məsələni müharibə nəticəsində bitmiş saymaq olmaz, nizamlanma olmadan isə regionda sabitlik və sülh mümkün olmayacaq”.

Minsk Qrupunun həmsədrləri bütün hərbi əsirlərin və başqa saxlanılanların  qaytarılmasına çağırır

Uorlikin iddiasına görə, guya Minsk Qrupu həmsədrləri bu “problem”in həllində mühüm rol oynamaqda davam edirlər. “Mən bilirəm ki, Rusiya bir çox məsələlərin həllində təşəbbüs göstərib, eyni zamanda əminəm ki, həmsədrlər, ATƏT və ABŞ status probleminin həlli üçün səylərini artırmalıdırlar”, - deyə Uorlik vurğulayıb.

Doğrudan da, utanmasan oynamağa nə var. Xəcalət hissi olmadığı üçün də yenə bunlar ortaya çıxır, “ağrımayan başa dəsmal” bağlayır, hətta təklif-zad verirlər. Özü də ermənidən başqa kimsəyə gərək olmayan köhnə təkliflər! Məntiqli sual yaranır: əgər belə ağıllı, müdrik vasitəçilər idinizsə, nədən 28 il ərzində problemi çözə bilmədiniz? Yaxud “status” daxil, sizin cürbəcür “həll variantları”nızı niyə Azərbaycan dövləti məqbul saymadı və sonda hərbi yolla, özü (!) işğalçını cəzalandırmalı oldu?

Ona görə ki, həmin təkliflərin heç biri tarixi ədalətə, beynəlxalq hüquqa, elementar bəşəri dəyərlərə belə, söykənmirdi və öncəliklə təcavüzkarı razı salmağa yönəlmişdi. Təəssüf ki, kurs dəyişməz qalıb: indi də kapitulyant Ermənistanı razı salmağa çalışırlar. Odur ki, sabiq və indiki həmsədrlər yaxşı olar daha ciddi işlərlə məşğul olsunlar. Belə ekzotik təklifləri isə özlərinə saxlasınlar.

Misal üçün, ABŞ-ın Kaliforniya ştatında kök salmış ermənilər müstəqillik istəyəndə və ya Fransa (Marsel) erməniləri, Krasnodar erməniləri özlərinə dövlət qurmaq istəyəndə status təklifi kara gələ bilər. Bu da olsun “status” qatarının dalınca ağlayan həmsədrlərə “ev tapşırığı”...

*****

İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

Bu yerdə İlham Əliyevin 2021-ci il sentyabrın 28-də “France-24" televiziya kanalına verdiyi müsahibədə bir sitatı yada salmaq yerinə düşər. Prezidenti qeyd eləmişdi ki, problemin həll edilmədiyini deyən həmin (həmsədr) ölkələr öz ərazilərində erməniləri yerləşdirmək və ikinci erməni dövləti yaratmaq üzərində düşünsünlər: ”Dağlıq Qarabağ" dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eyham belə yoxdur. Sizin muxtariyyətlə bağlı sualınıza gəldikdə, Minsk Qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər - yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Onlara muxtariyyət verilməyəcək. Bu, artıq müzakirə mövzusu deyil".

Dağlıq Qarabağın statusu "yenidən müzakirə oluna bilər" - BBC News  Azərbaycanca

Rəsmi Bakı bu yöndə öz prinsipial mövqeyini inamla qoruyub saxlayır və heç şübhə yox ki, dəyişməyəcək. “Qaşınmayan yerdə” təzədən “yara” düzəltməyə səy edən həmsədrlərin arzusu isə gözündə qalacaq. ATƏT-in az öncə keçirilən zirvə toplantısı, ardınca Soçidə reallaşan üçtərəfli görüş, həmçinin Avropa Birliyinin təzəcə başa çatan “Şərq tərəfdaşlığı” toplantısı və bu toplantı çərçivəsində keçirilən iki və üçtərəfli Brüssel danışıqları, habelə İlham Əliyevlə NATO baş katibi arasında görüşün nəticəsi, qəbul edilən, ərazi bütövlüyümüzü birmənalı dəstəkləyən sənəd və yekun bəyannamələr bunu bir daha təsdiqləyir.

Sadalanan tədbirlərin heç birində “status” məsələsi yada düşmədi. Minsk Qrupunun adı, demək olar, çəkilmədi. Ən çox Ermənistan-Azərbaycan münasibətləri, sərhəd və kommunikasiyalar, humanitar məsələlər diqqətdə saxlanıldı. Bu da faktiki “status tabutu”na vurulan sonuncu mismarlar idi və Azərbaycanın hərbi zəfərini bir az da legitimləşdirdi, möhkəmlətdi. Eyni zamanda, göstərdi ki, Qarabağ ətrafında proseslər müstəsna olaraq Azərbaycanın müəyyən elədiyi gündəlik üzrə, onun iradəsi və diktəsi əsasında gedir, gedəcək.

Mövcud durum əlbəttə ki, ölkəmizin qalib və güclü tərəf olması reallığı ilə yanaşı, həm də onun iqtisadi, logistik baxımından regionun açar dövlət statusu ilə birbaşa bağlıdır. Bu statusla enində-sonunda hamı hesablaşacaq. O cümlədən boş yerə “status” davası aparan keçmiş və indiki həmsədrlər...“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam