Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Paşinyanın “konstruktivliyi” -Sülh prosesi harada dalana dirənib?

 Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 15-də parlamentdə təşkil olunan “Hökümət saatı” çərçivəsində çıxış edib. O, öz çıxışı zamanı Ermənistanla sərhəddə yerləşən Eyvazlı və Çəmənzəmi kəndlərinin adlarını Azərbaycan dilində səsləndirməsinə aydınlıq gətirib. Baş nazir bu kəndlərin Azərbaycana məxsus olduğunu etiraf edib və Ermənistan tərəfindən də 2010-cu ildə de-yure olaraq tanındığını əlavə edib.
Paşinyanın Ermənistanla Azərbaycan arasında sərhəd anlaşmazlıqlarının davam etdiyi bir dövrdə bu cür açıqlamalar verməsi bəzi analitiklərin fikrincə, konstruktiv mövqe kimi qiymətləndirilə bilər. Bu Ermənistan rəhbərliyinin Azərbaycana qarşı mövqeyinin yumşalması və sülh müqaviləsi istiqamətində konkret addımların atılacağı ilə bağlı ümidləri gücləndirir. Lakin proseslərdə Ermənistan tərəfinin ziddiyyətli açıqlamaları öz növbəsində müəmmalı məqamlar doğurur.

Ermənistan sərhədlərin müəyyənləşməsi prosesində destruktiv mövqe nümayiş etdirməyin faydasız olduğunu başa düşür.
Çünki Azərbaycan və Ermənistan arasında münaqişənin sona çatması mübahisəli ərazilərlə bağlı problemlərin həll olunmasını şərtləndirir. 10 noyabr sülh sazişindən sonra hər iki ölkə arasında mübahisəli ərazi problemlərin həll edilməsi və dövlət sərhədlərinin müəyyənləşməsi prosesi həyata keçirilir. Ermənistanın bu prosesə əngəl olması isə daha çox öz ziyanına ola və Azərbaycanın Ermənistanı işğalçı dövlət kimi göstərməsi üçün yeni münaqişə nöqtələrinin yaranması ilə nəticələnə bilər.
Bu səbəblə sərhədlərin müəyyən olunması prosesində Ermənistanın konstruktiv mövqe sərgiləməsi “yumşalmadan” daha çox “zərurət” kimi xarakterizə edilməlidir. 
Ermənistan üçün əsas müzakirə mövzuları Qarabağın “statusu” və Zəngəzur dəhlizi ilə bağlıdır. Bu məsələlərdə isə Ermənistan rəhbərliyi hələ ki, geri addım atmağı düşünmür.
Ermənistan üçün Qarabağın “statusu” məsələsi və Zəngəzur dəhlizi məsələsinə cavab kimi nəzərdən keçirilir. Məhz bu iki məsələ Ermənistanın prinsipial olduğu əsas mövzulardır. Əgər Ermənistan rəhbərliyi Azərbaycanla münasibətlərin inkişafı istiqamətində hər hansı addım atmaq istəyirsə, bu mövzularda güzəştə getməlidir. Əks halda Ermənistanın radikal mövqeyində “yumşalmadan” söhbət gedə bilməz. Təəssüf ki, hələ ki, erməni tərəfindən bu istiqamətdə müsbət impulslar müşahidə olunmur.
Ermənistan sərhədlərin müəyyənləşməsi prosesində geri addım atmaqla, “status” və “dəhliz” məsələlərində beynəlxalq səviyyədəki dəstəyini artırmağı hədəfləyir.
Müharibədən sonra Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar, Qərbin və Rusiyanın birbaşa dəstəyi Ermənistanda tam kapitulyasiyadan xilas olmaqla bağlı ümidlər formalaşdırıb.
Bu ümidlərin və dəstəyin fonunda Ermənistan rəhbərliyi sülh sazişindən irəli gələn dəhlizin açılması şərtinin yerinə yetirilməsini yubatmağa və sazişdə nəzərdə tutulmayan “status” məsələsini gündəmə gətirməyə çalışır. Ermənistan rəhbərliyi mükün olduğu qədər 10 noyabr sazişinin məzmunundakı qeyri-müəyyənliklərdən istifadə etməyə çalışır. Çünki bu qeyri-müəyyənliklər Ermənistanın sülh sazişini pozmaq riskindən xilas etmiş olur.
Müşahidələr göstərir ki, indiki halda Ermənistan öz mənafeyinə uyğun şərtlər daxilində sülh prosesinin inkişaf etdirilməsində maraqlıdır. Əgər prosesdə hər hansı formada sürətlənmə və ya yenilik olacaqsa, bu ancaq Ermənistanın “dəhliz” və “status” məsələsində güzəştlərə razı olduğu təqdirdə baş tuta bilər.(Bizim.media)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam