Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“PUTİN “DƏHLİZ” SÖZÜNÜ BAŞQA KONTEKSTDƏ İŞLƏTDİ...” -Paşinyan indi də Rusiya Prezidentinin fikirlərini təhrif edir

Ermənistanda hakimiyyət təmsilçilərinin son açıqlamaları göstərir ki, Azərbaycan Prezidentinin erməni tərəfindən Zəngəzur dəhlizi ilə bağlı tarix tələb etməsi təsadüfi deyil. Görünən odur ki, Nikol Paşinyan hökuməti Qərbdəki və Rusiyadakı bəzi dairələrə arxalanaraq, sərhəd və dəhliz məsələlərində mümkün qədər vaxt uzatmağa və özünə uyğun olan şərtlərin qəbuluna nail olmağa çalışır.

Yenixeber.org: Ermənistan parlamentinin vitse-spikeri və hakim partiyanın rəhbər təmsilçilərindən biri olan Ruben Rubenyan ötən gün jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizilə bağlı ziddiyyətli fikirlər səsləndirib. Paşinyanın yaxın silahdaşı növbəti dəfə üçtərəfli görüşlərin mahiyyətini və nəticələrini təhrif edərək deyib ki, 26 noyabr tarixində Soçidə keçirilən görüşdə “dəhliz məntiqi”nə dair hər hansı razılıq əldə olunmayıb. O, bir qədər də irəli gedərək, Rusiya Prezidenti Vladimir Putinin həmin görüşdə söylədiyi fikirləri özünəməxsus şəkildə təhlil və təhrif edib: “Bu məsələ(Zəngəzur dəhlizi-red.) heç vaxt müzakirə olunmayıb və olmayacaq. O, gündəlikdə deyil. Rusiya Prezidenti Putin isə “dəhliz” sözünü başqa kontekstdə işlədib... Danışıqlar o kontekstdə gedir ki, bütün kommunikasiyalar, o cümlədən də Azərbaycandan Naxçıvana gedən kommunikasiyalar açılmalıdır. Və bu zaman yollar üzərində onların keçdiyi ölkələrin suverenliyi saxlanılır.”

 

 

Hakim partiyanın yüksək rütbəli təmsilçisi həmçinin əlavə edib ki, Soçi görüşündə qəbul olunmuş sənəddə söhbət sərhədlərin müəyyənləşdirilməsi üçün komissiyanın yaradılmasından yox, yaradılması istiqamətində iş aparılmasından gedir. Bu fikir isə açıq-aşkar erməni tərəfinin növbəti dəfə prosesi mümkün qədər uzatmaq və baş verənləri özünə uyğun şəkildə təqdim etmək istəyindən xəbər verir.

Xatırladaq ki, Rusiya Prezidenti 26 noyabr Soçi görüşündə məhz “dəhliz” ifadəsindən bir neçə dəfə istifadə etmişdi və bu yanaşma 10 noyabr üçtərəfli sazişində də yer alıb. Lakin erməni tərəfi yenə də istər özünün imzaladığı 10 noyabr kapitulyasiya aktını, istərsə də sonrakı üçtərəfli görüşlərdə qəbul olunan qərar və bəyanatları təhrif etməkdə davam edir. Xüsusilə də son zamanlar Ermənistanda daxili gərginliyin artması, Paşinyanın partiyasının bələdiyyə seçkilərinin son mərhələsində 36 bölgədən 20-sində məğlub olması, erməni hərbçilərinin yaxınlarının davamlı olaraq etiraz aksiyaları keçirməsi, müxalifətin basqılarının güclənməsi və s. hazırkı hökuməti bir qədər də ehtiyatlandırıb. Sözsüz ki, hakim partiya təmsilçilərinin və Paşinyanın özünün də ötən gün istər sərhədlərin delimitasiyası və demarkasiyası, istərsə də Zəngəzur dəhlizi məsələsində ziddiyyətli açıqlamalar verməsində bu amillərin müəyyən rolu var.

Ancaq bütün bunlara paralel olaraq, Azərbaycan tərəfi öz qətiyyətli mövqeyini davamlı şəkildə müdafiə etməkdədir. Və Azərbaycan Prezidentinin Zəngəzur dəhlizilə bağlı Ermənistandan konkret tarix verməsini tələb etməsi də bunun göstəricisidir. Eyni zamanda, artıq bu gün Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı işlər aparılması üçün Ermənistana Rusiyadan xüsusi komissiyanın gəldiyinə dair xəbərlər yayılıb. Hətta erməni mətbuatı “Rusiyanın nədən belə tələsdiyinin” anlaşılmaz olduğunu yazır. Hansı ki, Vladimir Putin hələ 26 noyabr görüşündə artıq 2021-ci ilin sonuna qədər Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası mexanizmlərinin hazır olacağını demişdi. Ancaq göründüyü kimi, Nikol Paşinyan öz nümayəndələrinin dililə məlum görüşlərdə əldə olunmuş razılaşmaların mahiyyətini təhrif etməkdə və onlardan yayınmağa çalışmaqda davam edir.

Buna baxmayaraq, elə Ermənistanın özündə əksər mütəxəssislər Paşinyan hökumətinin bu açıqlamalarının sadəcə, daxili auditoriyaya hesablandığını və erməniləri mümkün qədər arxayınlaşdırmağa yönəldiyini iddia edirlər. Çünki 44 günlük müharibənin son gününə, kapitulyasiya aktının imzalandığı ana qədər də Paşinyan eyni “metod”dan istifadə edirdi. Odur ki, erməni politoloqların da əsksəriyyəti hesab edir ki, sərhədlərin müəyyənləşdirilməsi və Zəngəzur dəhlizinin açılması sadəcə, zaman məsələsidir. “AzPolitika.info”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam