Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakının diplomatik həmlələri -İrəvan sonuncu müttəfiqini də itirə bilər

 

Ermənilər ATƏT-də pərt edildi; Paşinyan ən pis ssenarini seçib; “axın əleyhinə üzməyə” son verməsə, Ermənistanın xilası mümkünsüz olacaq...

Yenixeber.org: Azərbaycan Ermənistanı daşı öz ətəyindən tökərək, qeyd-şərtsiz sülh müqaviləsi imzalamağa çağırmağa davam edir. Son olaraq bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bəyan elədi, İrəvanı konstruktiv mövqe tutmağa səslədi. Eyni çağırış bir daha ATƏT Nazirlər Şurasının dekabrın 2-3-də Stokholmda keçirilən 28-ci toplantısında xarici işlər naziri Ceyhun Bayramov səviyyəsində edildi.  

Əfsus ki, bu yöndə hələ ki, heç bir müsbət irəliləyiş yoxdur. Erməni tərəfi hələ də xaricdəki bəzi havadarlarına güvənərək, süni şəkildə vaxtı uzatmaqda, nəticə etibarilə bölgədə sülh və sabitliyə yox, sabitlsizliyə və müharibəyə ssenarisinə xidmət göstərməkdə, əslində isə Ermənistanın formal  dövlətçiliyinin də altını qazımaqdadır...

*****

Qeyd edək ki, ATƏT Nazirlər Şurasının zirvə toplantısında ən intriqalı çıxışı ABŞ dövlət katibi Entoni Blinkenin edəcəyi gözlənilirdi. Çünki 2-ci Qarabağ müharibəsi bir ildən çoxdur bitsə də indiyədək “status” məsələsini, Minsk Qrupu söhbətini ən çox ABŞ və Fransa gündəmə qaytarmağa çalışıb.

Lakin ermənilərin gözləntilərinə rəğmən, ABŞ xarici siyasət idarəsinin başçısı öz çıxışında Azərbaycan-Ermənistan konfliktinə toxunmasına rəğmən, “status” barədə bir kəlmə də deməyib. Yalnız ümumi ifadələr və dialoqa, humanitar məsələlərin həllinə standart çağırışlar.

Məlumdur ki, Bakı və İrəvan arasında birbaşa dialoqun bərpa olunmasını alqışlayan Blinken tərəfləri humanitar məsələlər üzrə aktiv dialoqa səsləyib. “Tərəfləri minaların zərərsizləşdirilməsi, itkin düşənlər, beynəlxalq hüququn pozulması məsələləri də daxil olmaqla humanitar dialoqda irəliləyişə nail olmağa çağırış edirik”, - deyib.

Blinken həmçinin Azərbaycan və Ermənistanı Minsk Qrupu həmsədrləri ilə birlikdə Qarabağda davamlı sülhün əldə edilməsi istiqamətində birgə işləməyə çağırıb. Qeyd edib ki, ABŞ münaqişə ilə əlaqədar insan haqlarının, beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılması istiqamətində Rusiya da daxil olmaqla bütün tərəflərlə birlikdə işləyə biləcəyinə ümid edir.

ATƏT PA-nın sədri Marqarita Sederfel də Bakı və İrəvanı uzunmüddətli sülhə nail olmaq üçün anlaşmaya səsləyib. Həmçinin ATƏT-in icraçı sədri, İsveç xarici işlər naziri Ann Linde oxşar mövqe sərgiləyib.

Qısası, ATƏT-də heç kəs statusu yada salmayıb. Hətta qatı ermənipərəst Fransanın nümayəndəsi öz çıxışında Azərbaycana qarşı separatçı notlara yer verməyib.   

*****

Bakının “dəyənək və kökə” taktikası: Azərbaycan barıtı “quru” saxlayacaq!..

Göründüyü kimi, 44 günlük qalibiyyətli Vətən savaşından sonra Bakının beynəlxalq meydançalarda davam edən uğurlu taktikası, diplomatik həmlələri öz bəhrəsini verir. Artıq İran da saatını Bakı vaxtına qurmağa başlayıb. Rusiyanın Güney Qafqazla bağlı siyasəti və mövqeyi də aşağı-yuxarı məlumdur. Qalır, İrəvanın bütün mövcud şərtləri ciddiyə alaraq, “axın əleyhinə üzməyin” mənasızlığını anlaması.

Həm də bunu nə qədər tez eləsə, “artsax”la bağlı xam xəyallardan nə qədər tez qurtulsa, bir o qədər öz xalqına xeyir verər. Əks halda, politoloqlardan birinin vurğuladığı kimi, Ermənistan vaxtı uzatsa, Azərbaycanla sülh müqaviləsini daha ağır şərtlərlə imzalayacaq və sonuncu müttəfiqini də itirəcək...

*****

“Paşinyan və komandası anlamır ki, zaman həqiqətən də onların əleyhinə işləyir”.

Bunu Minval.az-a müsahibəsində “3-rd Vlew”a analitik mərkəzinin rəhbəri Rauf Rəcəbov deyib.

Onun sözlərinə görə, Paşinyan üçtərəfli sənədlərin həyata keçirilməsində vaxtı uzatmaq istəyir, çünki Ermənistanda daxili siyasi vəziyyət sabitlikdən uzaqdır və orada çox ciddi şəkildə vəziyyətin qarışması prosesi gedir. Ona görə də analitikin fikrincə, Brüssel görüşü ərəfəsində Paşinyan hər vəchlə vaxtı gecikdirməyə çalışır, həm də o səbəbə ki, Avropa Birliyi hesabına müəyyən irəliləyiş əldə edə biləcəyinə ümidlidir.

Rauf Rəcəbov: “Qulu Məhərrəmlinin şikayəti əsassızdır”

 Rauf Rəcəbov

“Paşinyanın məntiqincə, Ermənistanın AB ilə münasibətləri Azərbaycanla olan münasibətlərindən daha yaxşıdır, çünki AB Ermənistana sərmayə qoymağa hazır olduğunu bəyan edib (Söhbət 2.6 milyard avroluq maliyyə yardımından gedir - red.). Ona görə də fikrimcə, Nikol Paşinyan sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın təşkilini mümkün qədər yubadacaq. Xüsusən də nəzərə alsaq ki, bu, sərhədlərlə bağlı üçtərəfli deyil, ikitərəfli, yəni Rusiyanın iştirakı olmadan bir komissiya qurulması nəzərdə tutulur. Paşinyan hesab edir ki, bu yolla prosesi heç olmasa, soyuq qışa qədər uzatmaq, tab gətirmək imkanı var. Ondan sonra da mənzərə aydın olacaq. Ancaq burada vacib bir ”amma" var: Nikol Paşinyan və komandası başa düşmür ki, zaman əslində onların əleyhinə işləyir. Zaman vaxtilə həm də keçmiş rəhbərlərin - Robert Köçəryan və Serj Sərkisyanın əleyhinə işləyirdi. Levon Ter-Petrosyan istisna olmaqla. Hansı ki, 1997-ci ildəki məqaləsində Ermənistanın gələcəyini aydın və dürüst şəkildə göstərmişdi. Paşinyan isə Köçəryan və Sərkisyan kimi eyni “cığırla” gedir. Demək, özü üçün ən pis ssenarini seçib", - deyə politoloq vurğulayıb.

O zaman “ iki dovşan”ın ardınca qaçan İrəvan riskli oyunun nəticələrinə də hazır olmalıdır. Öz xalqı ilə birgə...“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam