Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ceyhun Bayramov Ararat Mirzoyanla Stokholmda görüşəcək –“Bu iki məsələ həllini tapmayınca...”

“Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Stokholmda bir araya gələ bilərlər”.

Yenixeber.org: Bu məlumatı Avropa Xarici Fəaliyyət Xidmətində (EEAS) Şərq Tərəfdaşlığı və Rusiya üzrə direktor müavini Luk Devigne “Azadlıq” radiosuna deyib.

Bu gün Avropa Parlamentində Azərbaycan və Ermənistanla bağlı müzakirədə Devigne Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk prosesini müsbət element adlandırıb. “Azərbaycanın münaqişənin həll olunduğunu deməsinə baxmayaraq, son toqquşmalar bunun əksini göstərir. Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sentyabrda və noyabrda iki dəfə Minsk Qrupunun həmsədrləri ilə görüşüblər və sabah Stokholmda ATƏT nazirləri toplantısı çərçivəsində görüşləri gözlənir”, – o qeyd edib.

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov ATƏT xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün artıq Stokholma gedib. ATƏT Nazirlər Şurasının 28-ci iclası dekabrın 2-3-də baş tutacaq.

Bayramov ermənistanlı həmkarı Ararat Mirzoyanla sentyabrda Nyu Yorkda, noyabrda isə Parisdə bir araya gəlib. Hər iki görüş Minsk qrupu həmsədrlərinin iştirakıyla keçirilib.

Devigne həmçinin deyib: “Saxlananların buraxılması və ərazilərin minalardan təmizlənməsi Ermənistan və Azərbaycan üçün təcili məsələlərdir. Məncə, onlar vəziyyəti aşkar qəlizləşdirir. Bu iki məsələ həllini tapmadan sülhün bərqərar olacağını düşünmək də ağlabatan deyil”.

AB təmsilçisi blokun münaqişənin həllindən ötrü heç nə etməməsilə bağlı ittihamları qəbul etməyib. “AB-nin hərbi qüvvəsi olmadığı halda bundan artıq neyləyə bilər? Heç Minsk Qrupu həmsədrlərinin hamısının orada qüvvəsi yoxdur... Keçən il olduğu kimi, silahlar danışmağa başlayanda diplomatların bunun qarşısını alması və dayandırması çox çətin olur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam