Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Təzələnən kapitulyasiya sənədi -Ermənistan ona təklif ediləni götürməsə...

 

İrəvan suqsvanq durumda; kapitulyant ölkənin ərazi iddiaları və terrorçu dövlət kimi mövcudluğu mümkünsüz hala gəlir...

Yenixeber.org: Dünən uzun fasilədən sonra Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri - İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan Soçidə bir araya gəliblər. Yada salaq ki, bu, 2021-ci il yanvarın 11-dən bu yana, bütövlükdə 44 günlük müharibədən sonra liderlər arasında ikinci canlı təmas idi.

Soçi görüşünü intriqalı edən əsas məqam şübhəsiz ki, 26 noyabrdan sonra Güney Qafqazda sülh, yoxsa müharibə ehtimalının hansı nisbətdə dəyişəcəyi ilə bağlı idi. Ona görə ki, 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətə uğrayan və keçən ilin 10 noyabrında kapitulyasiya sənədini imzalayan Ermənistan xaricdəki havadarlarına güvənərək, özünü hələ də məğlub tərəf kimi aparmaq istəmir, bölgədə qalıcı və böyük sülhün bərqərar olunmasına qarşı vaxtaşırı təxribatlar törədir.

Sərhəddəki 16 noyabr “bir günlük müharibə”si bunun növbəti təsdiqi oldu. Doğrudur, erməni tərəfi yenə artıqlaması ilə cavabını aldı. Lakin Soçi görüşünə kimi gerçək belə idi ki, Ermənistan rəhbərliyinin başından yekə iddiaları tezliklə cilovlanmazsa, regionda yeni müharibə riski artacaq. Bu isə Paşinyan hökuməti üzərinə daha konkret öhdəliklər qoymaqla onun təxribat imkanlarını dar çərçivəyə salmaqla mümkündür. Dünənki görüş bu xüsusda, yəni yeni “yol xəritəsi”nin qəbul olunması baxımından çox əhəmiyyətli idi.           

44 günlük Vətən müharibəsinin xronikası: 16 oktyabr

*****

Məsələ bundadır ki, Soçi görüşünün gündəliyində ilk yerdə tərəflərin 10 noyabr 2020-ci il bəyanatına və həmin bəyanatın bəndlərinə sadiqliklərini bir daha təsdiqləməsi məsələsi dururdu. İkinci məsələ sərhədlərin delimitasiyası demarkasiyası, üçüncüsü isə dəhlizlərlə, nəqliyyat yollarının açılması ilə bağlı idi.

Paşinyan Rusiya barədə GÖZLƏNİLMƏZ QƏRARI İMZALADI - Ajmedia.info

Əslində birinci məsələ bölgədə daimi sülh və təhlükəsizlik kontekstində daha böyük önəm daşıyırdı. Həmçinin Bakı və Moskva üçün mühüm əhəmiyyətli idi. Çünki bundan sonrakı danışıqların hansı formatda gedəcəyi bir daha təsbit edilmiş olur: Bakı-Moskva-İrəvan (+ Türkiyə) üçlü formatı. Demək, Paşinyanın ora-bura “boylanması”, o sırada ATƏT-in Minsk Qrupuna, “böyük bacı” Fransaya reveranslar eləməsi, sərhəddə təxribatlar da daxilı, ikili oyunlar oynaması qat-qat çətin olacaq. 

Başqa yandan, bəllidir ki, 10 noyabr kapitulyasiya aktında heç bir oyuncaq “dqr”dən, “status”dan söhbət getmir. Bu da Azərbaycanın maraqlarına tam cavab verir. O səbəbə bir ildən çoxdur erməni tərəfi ATƏT-in Minsk Qrupunu diriltmək hesabına bu sənədi sabotaj eləməyə, ölkəmizə qarşı əsassız ərazi iddiasını gündəmə qaytarmağa çalışır.

Ancaq Soçidə üçlü formatda 10 noyabr sənədinə sadiqlik bəyanatı qəbul ediləndən sonra artıq Nikol Paşinyanın bu qəbildən siyasi hoqqabazlığına yer qalmayacaq və onun əl-ayağı əməllicə yığışacaq. Eləcə də Ermənistandakı radikal-revanşist çevrələr öz işlərini biləcəklər. Biləcəklər ki, 10 noyabr sənədini iqnor eləmək və ya ona qarşı getmək nəinki Azərbaycana, həm də Rusiyaya qarşı getmək anlamına gələcək və cavabı çox sərt ola bilər. Növbəti dəfə “dəmir yumruq” şəklində...

*****

Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn danışıqlar  prosesinin bərpası üzərində diqqət cəmlənməlidir - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Mariya Zaxarova 

“Cənubi Qafqaz regionunda əsas diqqət ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına yönəlib”.

Bu sözləri Soçi görüşündən bir gün qabaq Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi və dinc həyatın qurulması istiqamətində addımların atılması üçün hər şeyi edir. “Əlbəttə ki, indi əsas diqqət bu regionda ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına yönəlib”, - XİN rəsmisi vurğulayıb.

Bəs nədən İrəvan ən çox onun özünün faydasına olacaq bu əlaqələrin bərpasına həvəs göstərmir?

Cavab təxminən belədir: Ermənistan ehtiyat edir ki, regionda ticari-iqtisadi və nəqliyyat əlaqələrinin tam həcmdə işə düşməsi ilə onun Azərbaycan və Türkiyədən iqtisadi, logistik asılılığı güclənəcək və bu da iki qardaş dövlətə qarşı ərazi iddiasını mənasız, Ermənistanın terrorçu dövlət kimi mövcudluğunu mümkünsüz edəcək.

Ancaq iş ondadır ki, kapitulyant ölkə hazırda şahmat termini kilə desək, suqsvanq vəziyyətindədir. Yəni nəzəri cəhətcə heç bir uğurlu gedişə, qələbə və ya heç-heçə şansına malik deyil. Lap dəqiqi, onun üçün bundan yaxşı vəziyyət olmayacaq və gerçəyi istəsə də, istıməsə də qəbul eləmək zorundadır. Əks halda, onun üçün daha betər ola bilər. Çünki istənilən məkrli gediş onu daha dərin bataqlığa aparacaq.

Ermənistanda əhalinin sayı azalıb

Odur ki, Ermənistan, erməni xalqı ona təklif edilənləri nə qədər gec deyil, tərəddüdsüz, məmnuniyyətlə qəbul eləməli və üstəlik, Azərbaycana və Türkiyəyə minnətdar olmalıdır. Çünki sabah bütün bunlar üçün yalvaracaq. Necə ki, Bakının uzun on illər Qarabağ erməniləri üçün İrəvana təklif elədiyi “ən yüksək muxtariyyət” statusuna dodaq büzdülər, daha çoxunu, yəni “müstəqillik” istədilər. Nəticə məlumdur. Azdan da oldular.  

Bu mənada dünən Soçidə faktiki təzələnən kapitulyasiya aktı, korrektə edilən yeni “Yol xəritəsi” ilk növbədə İrəvan üçün şans pəncərəsi açır. Yəqin ki, həm də sonuncu şans pəncərəsi...

*****

“Soçi görüşü konkret nəticələr verəcək”. Bunu Heydər Əliyev Mərkəzində jurnalistlərə açıqlamasında məşhur rusiyalı politoloq, teleaparıcı və ictimai xadim Maksim Şevçenko deyib (Trend).

“Hesab edirəm ki, yalnız Soçi görüşü konkret nəticələr verə bilər. Bakı-İrəvan-Moskva üçbucağında yerləşən proses mənə çox perspektivli görünür”, - deyə o qeyd edib.

Şevçenko sərhədlərin delimitasiyasının ən vacib mövzu olduğunu vurğulayıb: “Bir müddət əvvəl Ermənistan-Azərbaycan sərhədində faciəli hadisələr baş verəndə, insanlar həlak olanda, yazmışdım ki, Ermənistan bu cür davranmağa davam edərsə, Qarabağ üçün ağladığı kimi Zəngəzura da ağlayacaq. Orada bu, kəskin reaksiya ilə qarşılanıb. Amma bu doğrudur. Müharibə ermənilərə yaxşı heç nə gətirməyəcək”.

“Prezident İlham Əliyev Qarabağdakı ermənilərə Azərbaycan vətəndaşlığı təklif edir. Bu, çox səxavətli bir təklifdir”. Bunu da Maksim Şevçenko deyib.

“Belə başa düşürəm ki, prezident İlham Əliyev ermənilərə də Azərbaycan vətəndaşı olmağı və Azərbaycan millətinə inteqrasiya etməyi təklif edir. Bu, əsl Azərbaycan oğlunun ürəyindən gələ biləcək çox səxavətli bir təklifdir. Müharibə bitəndə bu cür təklif verilir - gəlin pisliyi unudaq və gələcəyə doğru gedək”.

Hələ gec deyil... “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam