Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Kapitulyasiya Ermənistan üçün ağır, lakin ən yaxşı çıxış yolu idi” -Markov

"Kapitulyasiya 10 noyabr 2020-ci il tarixli bəyanatı imzalamış Ermənistan üçün ağır, lakin ən yaxşı çıxış yolu idi".

Yenixeber.org: Bunu Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markovdeyib.

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatı rəsmi İrəvan üçün çox ağrılıdır. Bu bəyanat Ermənistanın 44 günlük müharibədə məğlubiyyətini rəsmiləşdirir. Kapitulyasiya ağır, lakin ən yaxşı çıxış yoludur. O, minlərlə insanın məhv olmasından daha yaxşıdır. Çünki onsuz da Azərbaycan bu əraziləri azad etdi”, - S.Markov deyib.

Onun sözlərinə görə, ermənilərin ambisiyalarının silahlı qüvvələrindən çox olması məğlubiyyətə gətirib çıxardı. Bəyanatın imzalanmasında Rusiyanın vasitəçiliyi isə minlərlə əsgərin həyatını xilas etmiş oldu.

Ekspertin fikrincə, Ermənistan əhalisi üçtərəfli bəyanatın ağır şərtlərinin minlərlə erməni hərbçinin həyatını xilas etmək üçün zəruri olduğunu daha yaxşı başa düşür: “Bu vəziyyət göstərdi ki, Ermənistan xalqı gözlənilməz məğlubiyyətdən pərişan olub”.

Markov 44 günlük müharibənin nəticələrinin qanunauyğun və gözlənilən olduğunu vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam