Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Putinin Nikola təbrikindəki şifrəli mesaj: -“Ağıllı ol, öhdəliklərə əməl et!..”

İrəvanın yeni geosiyasi “gizlənpaç” oyunu Ermənistana 44 günlük müharibədən də baha başa gələ bilər; Kreml “qamçı və kökə” siyasətini sərtləşdirir...

Yenixeber.org: Nikol Paşinyan növbəti dəfə rəsmən Ermənistanın baş naziri postuna təsdiqləndi. Maraqlıdır ki, elə həmin gün Rusiya Prezidenti Vladimir Putin onu təbrik elədi. Halbuki 20 iyun parlament seçkilərində hakim partiyanın qələbəsi münasibətilə Paşinyan Kreml rəhbərinin təbrikinə və “xeyir-duasına” xeyli gec layiq görülmüşdü. Kremlin saytında yer alan budəfəki təbrikdə deyilir:

“Rusiya lideri ümidvar olduğunu bildirir ki, Paşinyanın rəhbərlik etdiyi hökumətin fəaliyyəti dost, müttəfiq Rusiya və Ermənistan arasında əlaqələrinin daha da inkişafına, habelə Cənubi Qafqazda sülhün, vətəhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Öz tərəfimizdən, ikitərəfli və regional gündəliyin aktual məsələləri üzrə konstruktiv dialoqu və birgə fəaliyyəti davam etdirməyə hazırıq”.

Putin həmçinin Paşinyana uğurlar, sağlamlıq və firavanlıq arzulayıb.

*****

Rusiya prezidentinin təbrikdə hər şeydən öncə Moskva-İrəvan “müttəfiqlik, dost əlaqələri” məsələsinə vurğu salması boşuna deyil və əslində Ermənistanın gerçək yiyəsinin kim olması barədə Paşinyana xatırlatmadır. Aydındır ki, Rusiya və Ermənistan bir-birinə dost ölkələr sayılmaz. Dostluq, müttəfiqlik bərabər statuslu, müstəqil, suveren dövlətlər arasında olur. Heç bir söz sahibliyi olmayan və Rusiyadan tam asılı durumda olan cırtdan, forpost, marionet Ermənistan Moskvaya necə dost-müttəfiq ola bilər ki? Əlbəttə, bu sözlərlə Putin Paşinyanın “qoltuğunun altına qarpız” verir.  

Məsələ də ondadır ki, Nikol Paşinyan xüsusən də partiyasının seçkilərdəki qələbəsindən sonra Qərbə reveransları əhəmiyyətli dərəcədə artırıb və Moskvanın Ermənistandakı hərbi-siyası varlığını Qərbin əli ilə sıxışdırmağa yönəlik geosiyasi “gizlənpaç oyunu”nu davam etdirməkdədir. Bu da səbəbsiz deyil.

Paşinyan Koçaryanı həbs etmək niyyətindən geri durmayacaq

Əvvəla, hakim partiyaya səs verən ermənilər əsasən Qərbyönlü elektoratdır, ölkənin Rusiya orbitindən qopub Qərbin “qucağına” atılmasını arzulayanlardır. Paşinyan da bu ovqatı nəzərə almaya bilməz. İkincisi isə Qərbdə - ABŞ və Fransada Moskvadan uzaqlaşmaq üçün İrəvandan indi daha praktik, daha cəsarətli addımlar gözləyirlər. Əks halda, ağır vəziyyətdə olan Ermənistan Rusiya orbitində qala-qala vəd olunan böyük siyasi-maliyyə dəstəyini tam həcmdə almaya bilər.

*****

Lakin bunun asan olmadığını hamıdan yaxşı elə Nikol Paşinyanın özü bilir. Belə ki, Rusiyanın 44 günlük müharibədə əsasən neytral qalmasının “sorosçu” baş nazirə, bütövlükdə Ermənistana neçəyə başa gəldiyi ortadadır. Ancaq Moskvanı qəzəbləndirməyin bədəli bu dəfə daha ağır ola bilər.

44 günlük Vətən Müharibəsi kimə nə verdi, kimdən nə aldı? » "Dünya"  informasiya agentliyi

Söhbət rəsmi İrəvanın ənənəvi xarici siyasət kursunu davam etdirib, Kremlin başı üzərindən kollektiv Qərbin xeyrinə hansısa real addımlar ata bilməsindən gedir. Putinin operativ təbriklə Nikola çatdırmaq istədiyi şifrəli mesaj da, bizcə, budur: “Ağıllı ol, özünü yaxşı apar və götürdüyün öhdəlikləri yerinə yetir!..” Yəni belə görünür ki, Moskva Ermənistana münasibətdə “qamçı və kökə” siyasətini sərtləşdirəcək...

Əlbəttə ki, ilk növbədə 10 noyabr 2020-ci il tarixli kapitulyasiya sənədinin icrası nəzərdə tutulur. Hansı sənəd ki, Azərbaycanın hərbi qələbəsini rəsmiləşdirməklə yanaşı, Rusiyanın sülhməramlı qismində Qarabağda, regionda hərbi mövcudluğunu 5 illiyə də olsa, təmin edib, Qərbə şans saxlamayıb. Paşinayan isə kapitulyasiya aktının yaratdığı bu “boşluğu” Azərbaycana qarşı ərazi iddialarına yeni zəmanət qarşılığında Qərbin sayəsində dondurmağa can atır, sərhəddə təxribatlar yaratmaqla həm Rusiyanın, KTMT-nin Ermənistan qarşısında öz “vəzifə borclarını, müttəfiqlik öhdəliklərini yerinə yetirməməsi” barədə rəy yaradır və Qərbi öz hərbi kontingenti ilə bölgəyə səsləyir, həm də 10 noyabr üçtərəfli anlaşmasının həyata keçməsinə, o sırada Zəngəzur dəhlizinin açılmasına süni əngəllər yaradır.

Analitiklər bu oyunları ən əvvəl İrəvan üçün olduqca təhlükəli sayırlar. Çünki Putin belə zarafatları xoşlamır. Üstəgəl, qalib Azərbaycanın iradəsi, “dəmir yumruğu” yerindədir.

*****

“Sərhəddə təxribatlar, atışma hazırkı mərhələdə Ermənistan hökumətinin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün vasitədir”.

Bunu rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenko «Report»a bildirib. Onun fikrincə, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat yollarının açılması, habelə Azərbaycanın Rusiya sülhməramlıları yerləşdirilən Qarabağ bölgəsindən qanunsuz silahlı birləşmələrin çıxarılması məsələsini həll etmək istəmir: “Əksinə, onlar bu məsələlərə Avropa İttifaqını, o cümlədən Ermənistana hərbi qüvvə göndərməyə hazır olduğunu bildirən Fransanı cəlb etməyə çalışırlar”.

Rusiyalı ekspertin qənaətincə, əsas problem Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri, habelə Azərbaycan, Ermənistan, Rusiya liderlərinin yanvar ayında Moskva görüşündə əldə etdikləri razılaşmanın şərtlərini yerinə yetirmək istəməməsidir.

Ekspert hesab edir ki, Ermənistan on illərlə yeritdiyi destruktiv siyasəti davam etdirir: “Ordusu darmadağın olduqdan və məğlub edildikdən sonra da Ermənistan reallıqları qəbul etmək istəmir. Amma Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Qarabağ münaqişəsi artıq mövcud deyil, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənistan isə bunu qəbul etmək istəmir. Sülh sazişini imzalamaqdan boyun qaçırır və hərbi təxribatlarla məşğuldur”.

Ancaq İrəvan üçün burcutmağa manevr imkanları demək olar, qalmayıb. Bir də ki, Azərbaycan atalar sözündə deyildiyi kimi, “Su səhəngi suda sınar”. Ermənistan da istisna olmayacaq...


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam