Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

TƏBRİZİN YENİ FARS VALİSİNƏ TÜRK ŞİLLƏSİ –SEPAH generalının təqdimat mərasimində skandal (VİDEO)

Cənubi Azərbaycanın Şərqi Azərbaycan vilayətinə yeni təyin olunmuş fars ostandar - valinin təqdim olunması mərasimində skandal olay baş verib.

Yenixeber.org: İnternet resurslarında yayılan videoda general-vali Zeynəlabedin Xorrəm mərasimdə çıxış edərkən səhnəyə çıxan bir nəfərin onun sifətinə şillə vurduğu görünür. Həmin şəxs mühafizəçilər tərəfindən dərhal zaldan çıxarılır. Sosial mediada onun Türk olduğu, Təbriz əyalətinə fars əsilli generalın vali təyin edilməsinə bu üsulla etiraz etdiyi bildirilir.

General-vali Zeynəlabedin Xorrəm isə mətbuata onu vuran şəxsi bağışladığını bildirib. "Suriyada düşməndən hər gün o qədər kötək yemişik, gülləyə tuş gəlmişik ki, bu əməl onun yanında heç nədir", - deyə o qeyd edib.

Sosial şəbəkələrdə o da xəbər verilir ki, Z.Xorrəmi vuran onun keçmiş silahdaşı, polkovnik Əyyub Əlizadə olub. 

Xatırladaq ki, İran Nazirlər Kabinetinin qərarı ilə, İslam İnqilabının Keşikçilər Korpusunun zabiti olan Z.Xorrəm bir neçə gün əvvəl Şərqi Azərbaycan vilayətinin başçısı təyin edilib.(azpolitika)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam