Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Gennadi Nadolenko: -“İlham Əliyev qalibdir, qalib isə həmişə haqlıdır”

 Ukraynalı tanınmış diplomat, Ukrayna Xarici İşlər Nazirliyi nəzdində Gennadi Udovenko adına Diplomatik Akademiyanın direktoru Gennadi Nadolenko Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini gecikdirməsi ilə bağlı danışıb.

Yenixeber.org: O, Ermənistan tərəfinin 1920-ci illərin bəzi erməni xəritələrinə istinad edilməsini əsas gətirməsinə də münasibət bildirib:

“Ümumiyyətlə eramızdan əvvəl I əsrə aid bəzi xəritələr tapmaq olar? (gülümsəyir- red.). Bu məsələ bizim Krımla bağlı vəziyyətimizə oxşayır.

Qeyd etmək istərdim ki, 1991-ci ildə “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” qəbul edilib (Ermənistanın da imzaladığı mətndə ölkələrin bir-birinin ərazi bütövlüyünün tanınması və ona hörmət edilməsi və mövcud sərhədlərin toxunulmazlığı qeyd edilir - red.).

Hamı “Çar Qorox”dan başlayaraq sərhədlərə yenidən baxmağa israr edərsə, onda hara gedib çıxarıq? Bu, sülhü qorumaq üçün hazırlanmış beynəlxalq hüquq normalarının tamamilə pozulmasıdır.

Bax, Rusiya bizim müqavilələrimizi yenidən nəzərdən keçirməyə çalışır, lakin onlar imzalanıb. Keçmiş SSRİ-nin bütün ölkələri 1991-ci il sərhədləri daxilində qalmalıdır”.

Ukraynalı diplomat bunun üçün beynəlxalq icra mexanizmlərinin olub-olmaması ilə bağlı suala da aydınlıq gətirib:

“Bu məsələ BMT tərəfindən tənzimlənir. Ancaq təəssüf ki, Birləşmiş Millətlər yalnız qətnamələr verə bilər. Beynəlxalq məcburetmə mexanizmindən kiminsə istifadə etməsi ehtimalı azdır”.

Nadolenko İlham Əliyevin “BMT qətnamələrinə uyğun hərəkət etmişik və onları özümüz yerinə yetirmişik” fikrini də xatırladıb:

“Azərbaycan Prezidenti İlham Əliyev bu barədə deyib. O, qalibdir, qalib isə həmişə haqlıdır və mən onunla razıyam.

Azərbaycan öz işini gördü və etiraf etməliyik - siz rəqibinizi üstələdiniz. Həm də, bu maraqlı idi”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam