Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“KTMT Ermənistana yardım etməyəcək” – YEKDİL RƏY

“KTMT Ermənistana yardım etməyəcək” –   YEKDİL RƏY

Sentyabrda Ermənistanın təşkilata rəhbərliyi başlayacaq, lakin vəziyyət belədir: “İrəvan özünə başqa hərbi bloklar axtarır”

Yenixeber.org: Son həftələrdə (xüsusən də son günlərdə) Ermənistan-Azərbaycan sərhədinin bir sıra hissələrində vəziyyətin fövqəladə dərəcədə kəskinləşməsi müşahidə edilir. Yerli döyüşlər gedir, hərbçilər arasında itkilər var.

Azərbaycan tərəfi Ermənistanın təxribatlara əl atdığını, atəşkəsə əməl etmədiyini bəyan edir. Erməni tərəfi də bizim üçün eyni iddiaları səsləndirir.

Bu məsələ ilə əlaqədar Ermənistan İctimai Televiziyasının efirində parlamentin Xarici əlaqələr daimi komitəsinin sədri, hakim "Mənim addımım" blokunun deputatı Ruben Rubinyan deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mövcud vəziyyətə uyğun cavab verməlidir: “Çünki bu, Təşkilatın öhdəliyidir. 16 sentyabrdan etibarən Ermənistanın bütün bundan doğan nəticələrlə KTMT-nin sədri olacağına diqqət yetirmək lazımdır”.

 

Bununla əlaqədar olaraq suallar ortaya çıxır: Rubinyanın KTMT-nin sərhəddəki vəziyyətə müdaxiləsi ilə bağlı xəbərdarlıqlarını nə qədər ciddi qəbul etmək olar? Təşkilatın sədri olan Ermənistan bu mənada digər üzvlərinə təzyiq göstərə biləcəkmi? KTMT dövlətlərinin özləri bu barədə nə düşünür - onların səlahiyyətliləri Azərbaycan ordusu ilə döyüşmək üçün ölkələrinin döyüş hissələrini Ermənistana göndərməyə razı olacaqlarmı?

 

Mövzunu KTMT-yə üzv ölkələrin ekspertləri ilə müzakirə etmişik.

 

Qazaxıstanlı politoloq Kazbek Beisebayev:

 

“Hər şeydən əvvəl demək lazımdır ki, KTMT beynəlxalq təşkilat olaraq yaradıldığı 2002 -ci ildən indiki vəziyyətindəki kimi mövcuddur. Amma Bakı ilə İrəvan arasındakı münaqişə həmin tarixdən xeyli əvvəl yaranıb. Ona görə də KTMT-nin müddəalarını mövcud vəziyyətə tətbiq etmək üçün heç bir əsas yoxdur.

 

Bundan əlavə, sərhəddəki bu münaqişə kiçik silahların istifadəsi ilə baş verdi, yəni artilleriya, tank və digər hərbi texnikadan istifadə etmədən. Sadə dillə desək, bu, genişmiqyaslı hərbi əməliyyatlar deyil, bir atışma idi. Bir qayda olaraq, çoxtərəfli format kiçik atışmalar problemini həll etmək üçün istifadə edilmir, belə vəziyyət ikitərəfli səviyyədə və vasitəçilərin köməyi ilə həll edilir. Yeri gəlmişkən, elə bu vəziyyətdə də eyni ssenari müşahidə olunur.

 

Əlbəttə ki, erməni tərəfinin mövqeyi bir şəkildə başa düşülə bilər, amma KTMT formatı, bütün iradəsi ilə Azərbaycan ilə Ermənistan arasındakı münaqişəyə şamil olunmur. KTMT ölkələrindən heç biri İrəvana kömək üçün əsgər göndərməyəcək. Yenə də bu, tamamilə fərqli bir haldır.

 

Eyni zamanda, KTMT ölkələrindən biri - Rusiya Türkiyə ilə birlikdə bölgədə mövcuddur. Elə bu cür münaqişələri həll etmək üçün oradadırlar”.

 

Belarus politoloqutarix elmləri namizədi Valeri Karbaleviç:

 

“KTMT Ermənistana heç bir kömək etməyəcək. KTMT olduqca dekorativ bir təşkilatdır. Orada sərhəddə baş verənlərə müdaxilə edə biləcək yeganə dövlət Rusiyadır. Amma o da tələsmir. Belarus da daxil olmaqla, başqa heç bir KTMT üzvü dövlət öz qoşunlarını Cənubi Qafqaza göndərməyəcək. Və KTMT-yə sədrlik sadəcə simvolik, ritual, texniki bir roldur. Bu status heç nəyə təsir etmir”.

 

Qırğızıstanlı jurnalist, “Almaz” teleradio şirkətinin qurucusu və direktoru Rüstəm Koşmuratov:

 

“Birmənalı olqaraq, yox! Qırğızıstan Respublikası bir türk ölkəsidir və başqa bir türk ölkəyə qarşı heç bir addım atmaz. Qırğızıstan və Tacikistanın sərhəddə problemləri var. Atışmalar olur, insanlar ölür. Bizim üçün əsas problem budur. Baxmayaraq ki, bu iki ölkə KTMT-nin üzvüdür. Və bu birliyin böyük üzvlərindən heç biri bu barədə heç nə demir.

 

Həm də Əfqanıstan tezliklə “Taliban”ın hakimiyyəti altına keçəcək. Sərhədimizdən Əfqanıstana qədər yalnız 180 km məsafə var. 2000 -ci ildə Əfqanıstandan olan yaraqlılar ərazimizə soxulmuşdu. Bu problemlər Qırğızıstan üçün daha önəmlidir”.

 

Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, politoloq Yevgeni Mixaylov:

 

“Artıq dəfələrlə demişəm ki, iyulun 14-dən etibarən Ermənistan-Azərbaycan sərhədində güclənən bütün təxribatlar Bakını Rusiya sülhməramlılarının bir neçəsinin mümkün ölümü ilə nəticələnə biləcək sərt cavaba təhrik etmək cəhdidir. Axı erməni silahlı birləşmələrinin zərbələri məhz sülhməramlıların kürəkləri arxasından endirilir.

 

Üstəlik, təxribatlar güclənir və ya müəyyən bir qanunauyğunluqla baş verir: ya ABŞ-ın Ermənistandakı səfiri sərhədə gələrkən, ya Makron yenidən başqa bir təxribat təşəbbüsü ilə çıxış edərkən, ya da Avropa İttifaqı bir şəkildə İrəvana dəstək göstərərkən sərhəddə gərginlik artır. Aydındır ki, Ermənistan bütün gücü ilə qarşıdurmanı yenidən alovlandırmağa çalışır, lakin sülhməramlı prosesin kənarında qalan üçüncü qüvvələrin köməyi ilə.

 

İrəvanın KTMT-yə bir daha müraciət etmək cəhdləri də Moskvanı intriqalarına çəkmək məqsədi daşıyan təxribatdır. Amma bu işləməyəcək. Rusiya sülhməramlı prosesin əsas qarantıdır və ölkələrimizin liderləri arasında Ermənistanı sülh müqaviləsi imzalamağa məcbur etmək üçün nə edilməli olduğu barədə tam qarşılıqlı anlaşma mövcuddur.

 

2021-ci ilin sentyabrında KTMT-yə sədr olmaqla Ermənistanın bu təşkilatı Azərbaycanla müharibəyə sövq edə biləcəyini düşünmürəm. İrəvan artıq münasibətlərdə öz qeyri-stabiliyini bir neçə dəfə nümayiş etdirib və KTMT-ni başqa hərbi bloklarla əvəz edə biləcəyinə dəfələrlə işarə edib. Daha doğrusu, güman edə bilərəm ki, təşkilat ölkələri İrəvanın səlahiyyətlərinin dayandırılması və münaqişənin sonuna qədər KTMT-dəki statusunun dəyişdirilməsi barədə qərar qəbul edə bilər.

 

Şübhə etmirəm ki, Rusiya odla oynamağa çalışan yetirməsinə təsir edə biləcək. Böyüklük mifləri və intiqam istəyindən hələ də ayrılmayan bir ölkə uğrunda böyük bir müharibədənsə, kiçik itkilər daha yaxşıdır”.(AYNA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam