Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan KTMT-ni proseslərə cəlb etmək istəyir – UĞURSUZ CƏHD

Paşinyan KTMT-ni proseslərə cəlb etmək istəyir –     UĞURSUZ CƏHD

Politoloq: “Rəsmi Bakı ilə Moskva arasında birbaşa danışıqlar yolu ilə problemlər həll edilir” 

Yenixeber.org: Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsini təklif edib. Rusiyanın TASS Agentliyinin yaydığı məlumatda qeyd edilib ki, Paşinyan Azərbaycanla sərhəd boyu KTMT müşahidəçilərinin və Rusiya sərhədçilərinin xidmət edəcəyi məntəqələrin yerləşdirilməsini istəyir.

 

Qeyd edək ki, bundan əvvəl də Ermənistan rəsmiləri tərəfindən bu cür təkliflər səsləndirilib. Məsələn, iyunun 22-də erməni mediası belə bir xəbər yaymışdı ki, Ermənistan və Rusiyanın müdafiə nazirləri rusiyalı sərhədçilərin sərhəddə yerləşdirilməsini müzakirə edirlər. Həmin vaxt Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan da Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədində, Geqarkunikə yerləşdirilməsi məsələsinə toxunmuş, amma bu məsələ üzrə yekun qərar olmadığını bildirmişdi. 

“Yaxın günlərdə Azərbaycanla Ermənistanın sərhədinin Geqarkunik bölgəsinə rusiyalı hərbçilər yerləşdiriləcək. Bundan sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri sərhəddən “güzgü” metoduyla geri çəkiləcək”, - deyə iyun ayında Geqarkunik vilayətinin qubernatoru Qnel Sanosyan söyləmişdi.

Paşinyanın bu xəbərlərdən bir ay sonra belə bir təklif irəli sürməsi, eyni zamanda, müşahidəçi qismində KTMT-ni də sərhədə cəlb etməsi fikri təsadüfə bənzəmir. Çünki bir ay bundan əvvəl erməni mediası bu haqda yazırdı. Görünür, Ermənistan tərəfi Azərbaycan sərhədinin Kəlbəcər istiqamətində son günlərdə törətdiyi təxribatla Rusiya hərbçilərinin sərhədə yerləşdirilməsi niyyətinin baş tutmasını tezləşdirmək istəyir.

Zəngəzur dəhlizi vasitəsilə Böyük İpək Yolu yeni transformasiyada  istifadəyə verilir - "İki sahil"

Politoloq İlyas Hüseynov deyib ki, Paşinyan hazırkı durumda əlində olan imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışır.

 

Analitikin sözlərinə görə, Ermənistan rəhbəri Rusiya ilə Qərb arasında müxtəlif gedişlər etməkdədir: “Nikol Ermənistanın maraqları naminə bir sıra təkliflər səsləndirir. Ermənistanın Azərbaycanla sərhədinə KTMT-nin müşahidəçilər göndərməsi və Rusiya hərbçilərinin sərhədə yerləşdirilməsi təklifi də bunlardan biridir”.

 

“Rusiya hərbçiləri buna qədər də Ermənistanın həm İranla, həm də Türkiyə ilə sərhədlərini qoruyurdu. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanatdan sonra tez-tez erməni mediasında belə fikirlər səsləndirilirdi ki, Rusiya hərbçiləri Azərbaycanla sərhədi də qoruyacaqlar. Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının dislokasiyası barədə də məlumatlar var. Eyni zamanda, Rusiyanın Ermənistanda yeni hərbi hissələrinin açılması məsələsi də var. 10 noyabr üçtərəfli Birgə Bəyanatının 9-cu bəndinə əsasən Zəngəzur dəhlizinin təhlükəsizliyinə Rusiya hərbçiləri nəzarət edəcəklər. Bu, 102-ci hərbi bazasının eynisi olmasa da, erməni mediası bu cür təqdim etməkdədir”, - siyasi şərhçi vurğulayıb.

 

İ.Hüseynov xatırladıb ki, KTMT-yə növbəti dəfə sədrlik Ermənistana keçəcək: “Sədrlik müddətində rəsmi İrəvan təbii ki, öz maraqları naminə imkanlarından istifadə etmək niyyətindədir. Bu baxımdan, Ermənistan KTMT-ni maksimum dərəcədə proseslərə cəlb etmək istəyir. Tovuz döyüşlərində də, İkinci Qarabağ müharibəsində də, Qaragöl istiqamətində baş verən gərginlik zamanı da biz müşahidə etdik ki, İrəvan KTMT-ni məsələlərə qarışdırmaq niyyəti güdür. Ermənistan dəfələrlə sərhəd zonasında təxribat törədir, daha sonra KTMT-dən, təşkilatın əsas dövləti olan Rusiyadan yardım istəyir. Lakin bütün cəhdlər uğursuzluğa düçar olur. Çünki rəsmi Bakı ilə Moskva arasında birbaşa danışıqlar yolu ilə problemlər həll edilir”.

“Təbii ki, regionda təhlükəsizliyin ən böyüyü Rusiyanın üzərinə düşür. Rusiya da təhlükəsizliyin qorunması istiqamətində fəaliyyət göstərir. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanan bəyanatlar da bunun əyani göstəricisidir. Rusiya Azərbaycan ərazilərinin atəşə tutulmasının, ermənilərin təxribatlarının qarşısının alınmasında mühüm rol oynaya bilər və oynamalıdır”, - İ.Hüseynov qeyd edib.

Siyasi şərhçi bildirib ki, Ermənistan öz ərazisində Rusiya hərbçilərini yerləşdirirsə, sərhədinin ruslar tərəfindən qorunmasını istəyirsə, bu, suveren hüququdur: “Azərbaycan öz gücü, qüdrəti hesabına öz sərhədlərini etibarlı şəkildə qorumağa qadirdir, qoruyur da. Ermənilər sərhədlərinə Rusiya hərbçilərini yığırsa, bundan rəsmi Bakı narahat deyil. Lakin KTMT müşahidəçilərinin sərhədə yerləşdirilməsi inandırıcı görünmür”.(AYNA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam