Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Azərbaycanın KTMT-yə üzvlüyünə veto qoyacağıq - Ermənistan XİN

Azərbaycanın KTMT-yə üzvlüyünə veto qoyacağıq - Ermənistan XİN

Əgər Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaq istədiyini bəyan etsə, Ermənistan təşkilatdakı veto hüquundan istifadə edərək bunun qarşısını alacaq
Yenixeber.org: Bu barədə Ermənistan XİN-in mətbuat katibi səlahiyyətlərini icra edən Anna Naqdalyan bu gün keçirdiyi mətbuat konfransında bəyan edib. Naqdalyan xatırladıb ki, həm KTMT, həm də Avrasiya İqtisadi İttifaqında qərarlar konsensus əsasında bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunur. 

“Ermənistan tərəfi bu məsələ ilə bağlı öz fikrini bildirib. Düşünmürəm ki, bəyan edilən mövqeyimizin ikinci şərhə ehtiyacı var.” – deyə, Naqdalyan vurğulayıb. Onu da qeyd edib ki, Azərbaycanın KTMT-yə daxil olmasının mümkünlüyü barədə müzakirələr hələ ki yalnız analitik dairələrdə aparılır. 

“Əgər bu məsələ təşkilatın gündəliyinə çıxarılsa, Ermənistan veto hüququndan istifadə edəcək.” – deyə, Ermənistan XİN-in rəsmisi bildirib. 

Leyla Elbrusqızı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam