Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistan KTMT-ni boğaza yığıb- ŞƏRH

 

Ermənistan KTMT-ni boğaza yığıb - ŞƏRH

“Ermənistan Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatına (KTMT) üzv olan dövlətlər arasında siyasi, iqtisadi, sosial cəhətdən ən zəif və lazımsızıdır”

 

Yenixeber.org: Bu sözləri millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün böhran və səfalət içərisində qalan Ermənistan üzv olduğu bütün təşkilatları, o cümlədən Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatını (KTMT) da boğaza yığıb:

“Ermənistan həqiqətən də üzv olduğu bütün təşkilatlara yükdür. Çünki onlar özlərini müdafiə etmək, başqa qüvvələr və kənar maliyyə hesabına sığortalanmaq üçün ən çox yalvarıb-yaxaran dövlətdir. İnanın ki, bəlkə də artıq o təşkilatda da hamının canın boğaza yığıblar. Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatı yaranandan və Ermənistan bura üzv olduğu vaxtdan bir neçə dəfə şahidi olmuşuq ki, Belarus, Rusiya prezidentləri onların Azərbaycan haqqında səsləndirdikləri fikirlərə layiqli cavablar veriblər. Heç bizim məsələyə münasibət bildirməyimizə gərək qalmayıb. Bu, bütün dünya ölkələrinə bəllidir. KTMT-yə üzv olan dövlətlərlə Azərbaycanın çox yüksək səviyyədə əlaqələri, tərəfdaşlıqları var. Məsələ ondan ibarətdir ki, onlar açıq-aşkar deyir ki, Ermənistan bu qədər özünü acındırmaqla, hay-küy salmaqla bizdən kömək və ya dəstək ala bilməyəcək. Çünki Ermənistanın mövqeyi tarixən ədalətli olmayıb, olmayacaq da. Mən o Paşinyana məsləhət görərdim ki, üzvü olduğu o təşkilatın nizamnaməsini qoysun qabağına və yenidən bir yaxşı-yaxşı oxusun. Görsün, bu cür məsələlərə münasibət bildirməyə onun hüququ çatır, yayox. Daha sonra KTMT-a üzv olan dövlətlərlə Azərbaycan arasında mövcud olan qarşılıqlı əlaqələrə, dostluqlara nəzər yetirsin. O dövlətlərin hər biri bu gün Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ona hörmətlə yanaşır. Paşinyan gözünün qarşısına gətirsin ki, bu gün Ermənistan can hayındadır. Paşinyan heç bilmir ki, sabah axırı nə olacaq, amma elə danışır. Bunun yerinə gedib ölkəsindəki vəziyyətlə maraqlansa, daha faydalı iş görmüş olar. Bu, birmənalı olaraq publikaya hesablanmış oyundur. Özünü erməni xalqının gözündə vətənpərvər kimi qələmə vermək istəyir. Əslində bu məsələdə bizim bilmədiyimiz bir çox məqamlar var. Ola bilər ki, elə məqamlar var biz bilmirik. Dövlət sirri, hərbi sirlər səviyyəsində olan məsələləri yuxarı dairələr daha yaxşı bilir. Hələ bilmək olmaz Azərbaycan KTMT-a qoşulmaq üçün müraciət edir, yoxsa Azərbaycandanmı xahiş edirlər gəl, bu təşkilata qoşul. Ona görə də çalışmaq lazımdır ki, obyektivlikdən yayınmayaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam